Şəmkirdə iki avtomobil toqquşdu FOTO YENİLƏNİB
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
23.05.2025-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 nəfər (kişi cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Avtosfer.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, bədənin müxtəlif nahiyələrinin əzilmiş-çapılmış yaraları diaqnozu təyin olunan şəxslərə zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
***12:36
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə rayonun Çənlibel kəndində qeydə alınıb. Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

