Şəmkirdə öldürülən 19 yaşlı gəncin atası: “Həkimə vaxtında çatdırılsaydı, yaşayardı“
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şəmkir rayonunun Kür qəsəbəsində 16 yaşlı yeniyetmə tərəfindən qətlə yetirilən 19 yaşlı Ramal Quliyevin atası Malik Quliyev hadisə ilə bağlı danışıb.
Moderator.az "Teleqraf"a istinadən xəbər verir ki, ata oğlunun xəstəxanaya vaxtında çatdırılmadığını bildirib:
"Oğlumu bıçaqlayıb öldürüblər. Əgər həkimə vaxtında çatdırılsaydı, bəlkə də yaşayardı. Yarası çox dərin olmayıb, sadəcə daxili qanaxma baş verib, qan damarlardan bədəninin içərisinə axıb".
Mərhumun digər yaxınlarının sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən 16 yaşlı gənc Ramalı öz evinə çağırıb:
"Onu həyətə çağırıb, orada bıçaqlayıblar. Daha sonra yaralı halda evin içərisinə salıblar və kiməsə zəng ediblər".
Qeyd edək ki, qətlin qısqanclıq zəminində baş verdiyi ehtimal olunur. Hadisəni törətməkdə şübhəli bilinən F.Paşazadə artıq saxlanılaraq istintaqa cəlb edilib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 05 Aprel 2026 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















