Şəmkirdə ölkə çempionatının seçmə yarışlarına start verilib FOTO
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şəmkirdə Azərbaycan Şahmat Federasiyası (AŞF) və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə şahmat üzrə 8, 10, 12, 14 və 16 yaşadək oğlanlar və qızlar arasında ölkə çempionatının seçmə yarışlarına start verilib.
İdman.biz xəbər verir ki, Şəmkir Olimpiya İdman Kompleksində keçirilən turnirin açılış mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, AŞF-nin I vitse-prezidenti Faiq Həsənov və digər rəsmilər iştirak ediblər.
Yarış iştirakçılarına uğurlar arzulayan icra başçısı bildirib ki, Prezident İlham Əliyevin şahmata göstərdiyi diqqət və qayğı şahmatın ölkəmizdə inkişafına təkan verib.
AŞF-nin I vitse-prezidenti Faiq Həsənov isə çıxışnda yarış haqqında ətraflı məlumat verib. O bildirib ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq yarışda yüksək yerlər tutanlar müvafiq yaş qrupları üzrə Azərbaycan çempionatında iştirak hüququ qazanacaqlar.
Qeyd edək ki, ölkə çempionatının seçmə yarışlarında 20 şəhər və regiondan 230 yeniyetmənin iştirak edir.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 27 Yanvar 2025 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















