Şəmkirdə “Opel” və “Chevrolet” toqquşdu, sürücülər xəsarət aldı VİDEO
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində yol nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 7-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 20-EG-280 dövlət nömrə nişanlı “Chevrolet Cruze” markalı maşın, “Opel” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən “Opel” dərəyə aşıb. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib, sürücülər yüngül bədən xəsarətləri alıb. Əraziyə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin

