Şəmkirdə “Parkur ilə hərəkət, zəka ilə qələbə” qrant layihəsi icra olunur
Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Şəmkir şəhərində şagirdlərin böyük marağına səbəb olan “Parkur ilə hərəkət, zəka ilə qələbə” adlı qrant layihəsi həyata keçirilir.
Layihə çərçivəsində 7–10-cu siniflərdə təhsil alan və idmana maraq göstərən 100 nəfər şagird qeyri-ənənəvi parkur idman növü üzrə praktiki məşqlərə, hazırlıq sessiyalarına, peşəkar idmançılarla görüşlərə və parkur yarışına cəlb olunur.
Layihənin əsas məqsədi Şəmkir şəhər Cahangir Rüstəmov adına tam orta məktəbin şagirdlərinin parkur idman növü vasitəsilə fiziki inkişafına nail olmaq, onların çeviklik, dözümlülük və koordinasiya bacarıqlarını gücləndirməkdir.
Qeyd edək ki, layihə Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibidir və Şəmkir şəhər Cahangir Rüstəmov adına tam orta məktəbin müəllimi Vüqar Xəlilov tərəfindən icra olunur.
Layihə şagirdlərin idman bacarıqlarının inkişaf etdirilməsinə, fiziki hazırlıq səviyyəsinin artırılmasına və müasir idman növlərinə marağın gücləndirilməsinə töhfə verməyi hədəfləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 16 Yanvar 2026 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















