Icma.az
close
up
RU
Şəmkirdə şok olay: 21 yaşlı oğlan gecəyarısı anasının sevgilisini dolabda tutdu

Şəmkirdə şok olay: 21 yaşlı oğlan gecəyarısı anasının sevgilisini dolabda tutdu

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Şəmkir rayonunda 21 yaşlı oğlan yaşadıqları evdə anasının sevgilisini bıçaqlayıb. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin aprelin 25-də rayonun kəndlərindən birində baş verib. 
Kənd sakini, 2004-cü il təvəllüdlü Sərxan həmin gün, gecə saat 02:40-da yaşadığı evdə kənar şəxsin olmasından şübhələnib. 
Sərxan evi axtaran zaman onunla birlikdə yaşayan anası Əsmər ilə nikahdan kənar qeyri-rəsmi münasibəti olduğundan onunla görüşmək üçün gəlmiş Elçinin (adlar şərtidir – red.) anasına aid yataq otağının dolabında görüb. 
O, Elçinin evə oğurluq məqsədi ilə girməsini zənn edib və mətbəxdən götürdüyü bıçaqla dolabda gizlənən kişiyə əvvəlcə bıçaq, daha sonra yumruq zərbələri vurub. 
Hadisəni törədən Sərxanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə ifadə verən Sərxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, hadisə günü gecə evə gəlib və mətbəxdə yemək yeyəndən sonra siqaret çəkmək üçün zirzəmiyə düşüb:
“Bu zaman pəncərənin açıq olduğunu gördüm. Sonra yuxarı qalxaraq təxminən 30-40 dəqiqə telefonla oynadım və yenidən siqaret çəkmək üçün zirzəmiyə düşəndə marağımı çəkdiyi üçün zirzəminin otaqlarını gəzdim. Əşyalar yığılan otağın dağınıq olduğunu gördüm. Bundan sonra həyətə və özümüzə məxsus mağazaya baxanda şübhəli heç nə olmadığını gördüm. Yenidən evə qalxmaq istəyəndə zirzəminin pəncərəsini açıq qoyduğunu xatırladım və bağlamaq üçün yenidən zirzəmiyə düşdüm. Həmin vaxt evdən addım səsləri gəldiyini eşitdim və anama zəng edərək evdə oğru olduğunu, həyətə çıxmasını dedim. 
Anamın aşağı göndərəndən sonra evdə birdən çox şəxsin olması ehtimalına qarşı özümü müdafiə etmək üçün mətbəxdən bıçaq götürdüm və evə daxil olaraq bir-bir otaqlara baxdım. Lakin heç kimi görmədim. Otaqların birində açıq qoyduğum dolabın siyirməsinin bağlı olduğunu gördüm. Dolaba yaxınlaşaraq baxanda onun içində kiminsə olduğunu gördüm, ona bıçaqla zərbələr endirdim. Zərərçəkmiş şəxsin dolabdan çıxaraq üzərinə gəldim və əlbəyaxa olduq. Mübahisə zamanı bıçaq əlimdən düşdüm. Bundan sonra onu yumruq və təpik zərbələri ilə döyə-döyə bayıra çıxardım. Elçin onu buraxmam üçün yalvaranda vəziyyətinin pis olduğunu gördüm və onu buraxdım. Törətdiyim əməlindən peşmanam”.
İş üzrə zərərçəkmiş Elçinin sözlərinə görə, Sərxanın anası Əsmərlə təxminən 5 ay qeyri-rəsmi münasibətdə olub: 
“Əvvəllər də bir dəfə Əsmər məni görüşmək üçün yaşadığı evə çağırıb. Mən də getmişəm. Həmin vaxt Sərxan evdə olmayıb. Hadisə günü Əsmər məni yaşadığı evə çağıranda oğlunun evdə olmadığını düşündüm, yenidən görüşmək üçün oraya getdim. 
Qapının zəngini eşidəndə Sərxanın evə gəldiyini bildim və qaçmaq imkanı olmadığından dolabın içində gizləndim. Sərxan otağa daxil olaraq məni dolabın içində gördü. Sonra mənə bıçaqla zərbələr endirdi və aramızda dava oldu. Mən dava zamanı Sərxana müqavimət göstərərək heç bir şəkildə zərbə endirmədim. Sadəcə bıçağı onun əlindən almağa çalışdım. Daha sonra Sərxan mənim çox qan itirdiyimi görərək buraxdı”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə Sərxanın barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1 il azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Müdafiəçi müvəkkilinin barəsində olan daha yüngül cəzanın təyin edilməsini xahiş edib. Müdafiəçi təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, onun azasdlığa buraxılmasını istəyib.
Şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan edib. 
Qərara görə, şikayət təmin edilməyib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Dekabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri