Şəmkirdə valideynlərini itirən qız 15 yaşında ana oldu Yenə hamilədir...
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Şəmkirdə 29 yaşlı oğlan qonşularında yaşayan, 16 yaşı tamam olmayan qızla qeyri-rəsmi şəkildə ər-arvad kimi yaşayıb. Onların övladları dünyaya gələndə isə cinayətin üstü açılıb.
Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, 29 yaşlı Rasim (ad şərtidir) zərərçəkmiş kimi tanınan Günellə (ad şərtidir) bir məhəllədə yaşayıblar.
Günelin atası illər öncə dünyasını dəyişib. Nənəsi və anası ilə birlikdə yaşayan Günel 2008-ci il təvəllüddür. Günel anasını da itirdikdən sonra Rasimlə birlikdə yaşamağa başlayıb. Rasim deyib ki, Günel başsız və ortalıqda qalmasın deyə onu öz evinə gətirib. Onunla birlikdə ər-arvad kimi yaşamağa başlayıblar. Onlar arasında rəsmi nikah olmayıb.
Rasimin evinə gedən zaman Günelin 15 yaşı olub. Onlar birlikdə yaşamağa başlayıb. Günel hamilə olandan sonra hüquq-mühafizə orqanları məsələni araşdırmağa başlayıb.
Rasim 14 yaşı tamam olmuş, lakin 16 yaşa çatmamış qızla cinsi münasibətdə olmağa görə cinayət məsuliyyətinə cəlb olunub. Hər iki tərəf iş üzrə dindirilən zaman bir-birlərini sevdiklərini, ər-arvad kimi yaşadıqlarını deyiblər.
Araşdırma zamanı məlum olub ki, Günel ikinci övladına da hamilədir.
Məhkəmə Rasim barəsində 1 il şərti cəza təyin edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 09 Sentyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















