Icma.az
close
up
RU
“Şəmkir”ə müvəqqəti baş məşqçi təyin edildi

“Şəmkir”ə müvəqqəti baş məşqçi təyin edildi

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Şəmkir”də müvəqqəti yeni baş məşqçisinin kimliyi bilinib.

İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə postunu tərk edən Vüqar Nadirovu köməkçisi əvəzləyib.

Komanda Kamran İsmayılova tapşırılıb. İki həftə öncə Rüfət Quliyevin yerinə burada işə başlayan gənc mütəxəssis ən azı qış fasiləsinədək görəvdə qalacaq.
Onun fəaliyyətini davam etdirib-etdirməməsi bu 2 ay ərzində qazanacağı nəticələrdən asılı olacaq.

Nadirov II Liqanın 6-cı turu çərçivəsində evdə “Qaradağ Lökbatan”dan alınan 0:1 hesablı məğlubiyyətin ardından rəhbərliklə vəziyyəti müzakirə edərək, əməkdaşlığa son qoyub.

Altı tura 9 xal toplayan “Şəmkir” hazırda II Liqanın turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Nadirov 2024-cü ilin yayından qərb təmsilçisinin sükanı arxasında idi.
Komanda onun rəhbərliyi altında 2024/25 mövsümünü 5-ci pillədə başa vurub. Bu ilin yayında baş məşqçi vəzivəsindən ayrılsa da, sonradan “Şəmkir”ə qayıtmışdı.

Qərb təmsilçisinin «Qaradağ»dan öncə «Şəki»yə yenilməsi yerli funksionerlərin qərarına birbaşa təsir göstərib.

Əslində, Nadirov öz xoşuyla iş yerini tərk etməyib. Ona öncədən xəbərdarlıq olunub ki, əgər bu iki oyunda müsbət nəticə qazanmasan, yollar ayrılacaq.

Bununla belə, gənc çalışdırıcı «Qaradağ»la matçdan sonra da dirəniş göstərib, ən azı qış fasiləsinədək burada qalmaq niyyətini dilə gətirib.

Niyə də yox, «Şəmkir»də yüksək maaş alırdı. II Liqa miqyasında götürsək, 2000 manat əməkhaqqını hər məşqçiyə vermirlər. Üstəlik, 500 manat ev pulu.
Nadirov «A» kateqoriyalı kurslarda iştirakını əsas gətirərək, minimum daha 2 aylıq möhlət istəyib. Komandanın uçuruma doğru yön almasını görən yönətim mütəxəssisə növbəti dəfə «kart-blans» verməyib.

Sadəcə, o, bu ayın məvacibini alacaq. Tam yox. Oktyabrda 21 gün işlədiyi üçün ona hardasa 1400-1500 manat ödəniləcək.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 24 Oktyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri