Icma.az
close
up
RU
Şəmkirin Şəhid övladları “Qarabağ”a dəstək üçün Bakı yoluna çıxdı…

Şəmkirin Şəhid övladları “Qarabağ”a dəstək üçün Bakı yoluna çıxdı…

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şəmkir rayonunun şəhid övladları bu gün bir ürək, bir nəfəs olaraq ölkəmizin futbol qüruru “Qarabağ” Futbol Klubunu dəstəkləmək üçün Bakı şəhərinə yola düşüblər. Onlar bu axşam UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın “Ferensvaroş” klubu ilə qarşılaşacaq təmsilçimizə tribunadan güc verəcəklər.

Bu mənalı səfərin təşkilinə görə Şəmkir Rayon İcra Hakimiyyətinə, Rəşad Tağıyevə  xüsusi təşəkkür düşür. Belə təşəbbüslər bir daha sübut edir ki, şəhid ailələri, onların övladları tək deyillər, dövlət daim onların yanındadır. Bu səfər sadəcə futbola baxış deyil, həm də vətənə bağlılığın, vətən yolunda canından keçənlərin əmanətlərinə olan ehtiramın göstəricisidir.

Səfər çərçivəsində şəhid övladları Bakının ən simvolik və mənəvi dəyəri olan yerlərini də ziyarət edəcəklər. Onlar əvvəlcə Şəhidlər Xiyabanına baş çəkəcək, Azərbaycan tarixinin ən qəhrəman səhifələrinin yazıldığı o uca məkanı gəzəcəklər. Daha sonra Zəfər Parkında qələbənin nəfəsini hiss edəcək, Dənizkənarı Bulvar boyu paytaxtın gözəllikləri ilə tanış olacaqlar.

Bu ziyarətlər, gəzintilər və “Qarabağ” oyununda iştirak uşaqlar üçün sadəcə əyləncə deyil,  bu, onlara verilən mənəvi dayaq, vətən sevgisinin yeni, canlı dərsidir.

Unutmayaq: bu ölkənin azadlığı üçün canını fəda edən şəhidlərimizin övladları bu gün “Qarabağ”ın qələbə uğrunda savaşına şahidlik edəcək. Onların alqışında, dualarında atalarının ruhu, Vətənə olan sevgi var.

Bu münasibətlə ailələri ilə birlikdə Bakıya yola düşən bütün şəhid övladlarına “Yaxşı yol!” deyirik. Onlar təkcə bu oyunun deyil, bu Vətənin ən uca azarkeşləridir.

Və əlbəttə, bu axşam bütün ürəklər bir döyünür: “İrəli, “Qarabağ”! Qələbə Səninlə Olsun!”

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Şəmkir

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Avqust 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see200

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see179

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see139

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see133

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see130

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see130

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see130

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri