“Şəmsəddin Saminin “Qamusulelam” əsərində təbrizli müəlliflər” yeni nəşr AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 15 yanvar, AZƏRTAC
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin müdiri Rəna İskəndərlinin “Şəmsəddin Saminin “Qamusul-elam” əsərində təbrizli müəlliflər” kitabı işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda yer alan geniş “Ön söz”ün müəllifi də Rəna İskəndərlidir.
Kitab Azərbaycan ədəbiyyatı tarixinin inkişaf mərhələlərinin öyrənilməsində faydalı ola bilər. Nəşrdə müxtəlif mənbə və ədəbiyyatdan istifadə olunaraq orta əsrlərdə Təbriz şəhərində yaşayıb-yaratmış görkəmli ədib və şairlər haqqında məlumat təqdim edilib.
Qeyd edək ki, yeni nəşrin elmi redaktoru Elnurə Babayeva, rəyçisi Rüxsarə Məmmədovadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 15 Yanvar 2025 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















