Şəmsi Səmədzadənin qardaşı əsəbiləşdi: “Boşboş işlərlə məşğul olurlar…”
Icma.az bildirir, Tribuna portalına istinadən.
- +
2022-ci ildə ömürlük həbs cəzasından azad edilən iş adamı Şəmsi Səmədzadənin Özbəkistanda həbs olunması ilə bağlı xəbər yayılıb.
Ş.Səmədzadənin qardaşı Niyazi Səmədzadə Pravda.az-a açıqlamasında mətbuatdan narazılığını ifadə edib.
“Mətbuatın başqa işi yoxdur? Gedib niyə işləri ilə məşğul olmurlar? Belə boş-boş işlərlə məşğul olurlar. Şəmsi Səmədzadə həbs olunubsa, bunun mətbuata nə xeyri var? Nə məsələdir? Ömürlük məhkum olan insandır, ya kimdirsə, dövlət başçısı sağ olsun, əfv edib, məsələ qurtarıb gedib. Bu adam indi adi sıravi vətəndaş kimi mülki insandır. İnsanları niyə bu qədər narahat edirsiniz? Gedin işinizlə məşğul olun”, – o bildirib.
N.Səmədzadə Şəmsi Səmədzadənin Özbəkistanda həqiqətən də həbs edilib-edilməməsi barədə sualları cavabsız qoyub.
Xatırlatma: Bir müddət öncə sosial şəbəkələrdə intim görüntüləri ilə gündəmə gələn Şəmsi Səmədzadənin həmin görüntülərdən sonra Özbəkistana köçdüyü iddia olunur. Onun Özbəkistanda həbs olunması xəbərini Gununsesi.info yayı
Baxış sayı:92
Bu xəbər 09 Dekabr 2024 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















