Sən axmaq və dünənki uşaqsan! Qalmaqal
Icma.az bildirir, Qol.az portalına istinadən.
A Seriyasının dünən keçirilən 24-cü turunun "Milan" - "Komo 1907" matçında (1:1) komandaların baş məşqçiləri arasında qalmaqal yaşanıb.
QOL.az bu haqda İtaliya mətbuatına istinadən xəbər verir.
Mənbələrin bildirdiyinə görə, oyun zamanı "Komo"nun baş məşqçisi Sesk Fabreqas yan xətt yaxınlığında “Milan”ın hücumçusu Aleksis Saelemaekersi itələyib. Bu epizod Alleqrinin kəskin etirazına səbəb olub. O, texniki zonanı tərk etdiyinə görə birbaşa qırmızı vərəqə alıb.
Qarşılaşmadan sonra isə tərəflər mətbuat konfransına yollanarkən yenidən söz atışmasına giriblər.
Müsahibəyə gələn Fabreqas ilk olaraq üzr istəyib: “Bu gün qürur duymadığım bir hərəkət etdim, qeyri-idman davranışı sərgilədim”. O əlavə edib ki, toxunuşu bir qədər şişirdilib, lakin sonda yenidən Alleqridən və “Milan”ın futbolçularından üzr istəyib.
Bununla belə, Massimiliano Alleqri oyunsonrası həmkarı ilə qarşılaşarkən qışqıraraq onu axmaq və məşqçiliyə yenicə başlamış “uşaq” adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 19 Fevral 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















