Icma.az
close
up
RU
“Sən də gəl, sən də tanı” layihəsi uğurla başa çatdı FOTOLAR

“Sən də gəl, sən də tanı” layihəsi uğurla başa çatdı FOTOLAR

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Artıq layihəmiz yekunlaşdı və bu paylaşımı ictimai hesabatlılıq məqsədi ilə sizinlə bölüşürük".

QHT.az xəbər verir ki, bu sözləri Kistik Fibroz Xəstələrinə Yardım İctimai birliyinin rəhbəri Səadət Bayramova bildirib. Onun sözlərinə görə, “Sən də gəl, sən də tanı” layihəsinin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyidir:

"Layihə çərçivəsində “Kistoz Fibroza dair” elmi-tibbi kitabından 300 nüsxə nəşr olunaraq ölkəmizin müxtəlif tibb müəssisələrinə təqdim olundu. Bu kitab — Kistoz Fibrozun erkən diaqnostikasında, düzgün yanaşma və müalicə prosesində həkimlər üçün çox dəyərli və praktik bir vəsaitdir. Artıq bir çox həkim bu kitabı əldə edib və aldığımız geri dönüşlər göstərir ki, bu nəşr Azərbaycan səhiyyəsinə real töhfə oldu.

Layihə çərçivəsində kitabların paylanıldığı ünvanlar:

Gəncə Şəhər Uşaq Xəstəxanası – 40 nüsxə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu – 10 nüsxə Əbülfəz Qarayev adına Uşaq Kliniki Xəstəxanası – 20 nüsxə Nərimanov Uşaq Xəstəxanası və Uşaq yoluxucu xəstəliklər xəstəxanası– 15 nüsxə

Ümumilikdə, bütün kitablar təhvil-təslim aktı ilə rəsmi şəkildə çatdırıldı. Əslində, layihə çərçivəsində olmasa da, Bakı şəhərində keçirilən təqdimat tədbiri də bu işin uğurlu davamı və dəstək aksiyası kimi həyata keçirildi. Geri dönüşlər, zənglər, yazılan məktublar və təşəkkür mesajları göstərir ki, “Sən də gəl, sən də tanı” layihəsi həkimlər və pasiyentlər üçün çox faydalı və vacib bir addım olub. Biz bu işlə təkcə bir layihəni tamamlamadıq — Kistoz Fibrozun erkən aşkarlanması və diaqnostikası sahəsində yeni bir mərhələ başlatdıq".

QHT sədri həmçinin bildirib ki, bu kitabın davamlı nəşrinə ehtiyac çoxdur:

"Çünki tələbat böyükdür – həkimlər bu kitabı istəklə qəbul edir və praktikada ondan yararlanır. Layihəyə dəstək verən hər kəsə dərin təşəkkürümüzü bildiririk. Bu, bir başlanğıcdır. Biz birlikdə daha çox uşağın və ailənin həyatına işıq gətirə bilərik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see187

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see160

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see156

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see150

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see138

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri