Icma.az
close
up
RU
Sən kimə dua edirsən?

Sən kimə dua edirsən?

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Bəzi səfərlər bitəndən sonra çamadanını boşaldırsan, amma içində yığılan hissləri uzun müddət yerbəyer edə bilmirsən.

Səhər Qubaya dağlardan süzülüb gəlir. Siftə zirvələrin başına qonur, sonra asta-asta ağacların budaqlarına düşür, axırda da küçələrin daş döşəməsinə yayılır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi media turu ilə yolumuz bu qədim diyara düşmüşdü.

Adətən belə səfərlərdə dəftərimə tarixlər, adlar, rəqəmlər yazıram. Amma elə şəhərlər var ki, xəbərə çevirmək olmur. Əvvəlcə yaşamaq, sonra yazmaq lazımdır...

İlk dayanacağımız “Cümə məscidi”dir...

Qapıya ayaq basan kimi məscidin icma sədri Hacı İlqar və imam Seyran bizi qarşılayır.

Adam ən əzizini tərifləyən kimi imam da məscidin tarixini, necə ərsəyə gəlməsini hamımıza bircə-bircə izah edir.

Deyir ki, “Allahın evi” tikilərkən bişmiş kərpiclərin araba ilə daşınmasına icazə verilməyib.

Qorxublar ki, yolun sarsıntısından çatlayar, sınar. Kəndlilər 8-9 kilometr aralıda yerləşən kənddən burayadək müəyyən sıralarla kərpicləri əldən-ələ daşıyıblar .

Düşünürəm, təkcə tikinti materialını yox, inancı da bir-birinə beləcə ötürüblər.

Kərpicdən və yumurtadan ərsəyə gələn məscidin hörülməsinə kəndlinin inamı da qarışanda ortaya belə gözəl tarixi abidə çıxıb.

Burada çıxıb Qubanın başqa bir memarlıq incisi olan “Səkinə xanım” məscidinə qədəm qoyuruq.

Bura çatanda elə bir səssizlik hiss olunurdu ki, ürəyimin döyüntüsünü eşidirdim.

Tarix adətən kişilərin adlarını böyük hərflərlə yazır.

Qadınlar isə çox vaxt həmin tarixə səssiz imza atırlar.

Səkinə xanım da həmin qadınlardan olub.

Məscidin imamı danışır ki, bu məbəd Abbasqulu ağa Bakıxanovun qələmindən qazandığı qonorarlar hesabına tikilib.

Səkinə xanım o vəsaiti özü üçün yox, insanlar üçün sərf edib.

Düşünə bilirsiniz? Birinin yazdığı cümlələr illər sonra başqasının duasına çevrilir.

Yəqin ki, sözün çata biləcəyi ən uca məqam elə budur.

Növbəti stansiya isə başqa bir müqəddəs ünvan –Milli Qəhrəman Albert Aqarunovun doğulub boya-başa çatdığı Qırmızı Qəsəbədir.

Qudyalçayın üzərindəki körpüdən bir vaxtlar tankçı olmaq arzusu ilə böyüyən balaca Albert də keçmişdi.

Bir vaxtlar “Yəhudi kəndi” kimi tanınan bu məkan sonralar sovet dövründə “Qırmızı Qəsəbə” adını alıb. Ad dəyişdirilsə də, ruhu hələ də Quba xanından mədət uman qardaş xalqın məskəni kimi qalır.

Qəsəbənin dar küçələri ilə addımladıqca diqqətimi ən çox evlərin pəncərələri çəkirdi. Elə bil hər pəncərənin arxasında bir tarix yatırdı. Burada daşlar təkcə divar hörmür, yaddaş da qoruyur.

Yolumuz Qafqazın ən qədim yəhudi ibadət ocaqlarından biri olan “Altıgünbəz” sinaqoqa uzanır.

Burada bir də dərk edirəm ki, dua dillərə bölünmür.

Dağ Yəhudiləri ölkəmizdəki varlıqlarını hər zaman birliklə hiss etdirdikləri kimi, tarixlərini də doğma Qubamızda yaşadırlar.

Onların qəsəbə muzeyindəki hər əşya, köhnə foto, əlyazma bir ailənin, bütöv bir icmanın yaddaşını yaşadır.

Qırmızı Qəsəbənin ən böyük dəyəri isə nə qədim sinaqoqlarıdır, nə də muzeylərində qorunan eksponatlar. Bu torpağın əsl sərvəti yetişdirdiyi insanlardır.

Dağ yəhudisi ailəsində doğulan, amma vətəni uğrunda canını tərəddüd etmədən fəda edən Alberti nümunə götürək...

Onun adı çəkiləndə anlayırsan ki, vətən sevgəsinin dini, dili olmur.

Heç torpaq da şəhidinin soyadına baxmır.

Axı tolerantlıq təkcə eyni küçədə rayonda yaşamaq deyil.

Həm də, bir-birinin ağrısını özününkü bilməkdir.

Bəlkə də Azərbaycanın gücü elə bundadır.

Burada məscidlərin də, kilsələrin və

Sinaqoqların günbəzi də eyni səmaya baxır.

Göy isə heç vaxt soruşmur:

“Sən kimə dua edirsən?”

Telli Minbir












Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 İyul 2026 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri