Icma.az
close
up
RU
Sən mənə şeirtək əzizsən candan

Sən mənə şeirtək əzizsən candan

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Əjdər HÜMMƏTOV

Əjdər Hümmətov Vətən müharibəsi qazisidir. Əslən Laçından olan Ə.Hümmətov 1992-ci ildə dünyaya gəlib. Azərbaycan Texniki Universitetini bitirib. 2019-cu ildən SOCAR-ın Neft Qaz Tikinti Trestində təcrübə keçərək əmək fəaliyyətinə başlayıb, sonra mühəndis vəzifəsində işləyib. Vətən müharibəsi başlayanda könüllü olaraq savaşa qatılan Ə.Hümmətov Cəbrayıl və Qubadlı rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

Əjdər Hümmətov hələ orta məktəbdə oxuduğu illərdən ədəbi yaradıcılığa da meyl göstərib, şeirlər yazıb, şeirləri qəzet və jurnallarda dərc olunub.

Şeir

Sən mənə şeirtək əzizsən candan,

Səni misra-misra, söz-söz düzürəm.

Misralar sözbəsöz keçir ağlımdan,

Hər sözdə bir uca məna gəzirəm.

Misralar vəhy ilə gəlir, üzümə,

Hər söz ətir saçır, gülür üzümə.

Ürəyim atlanır hər bir sözümə,

Elə ürəyimin özün yazıram.

Bir qayda qoyubdu nizam yaradan,

Seçmək asan olsun ağı qaradan.

Dünyam çiçəklənir sözün barından,

Dünyanın baharın, yazın yazıram.

Ana

Dil açıb ilk sözü ana demişəm,

Hər sözü ilk dəfə ona demişəm.

Olmayıb gözümdə bəşər sevgisi,

Tək onu görmüşəm, onu sevmişəm.

Tək qoymaz, buraxmaz itən izimi,

Yıxılıb əzsəm də hərdən dizimi.

Ona sığınmışam, ona qaçmışam,

Öpübdü alnımdan, silib gözümü.

Uşaq olum qucağına sığınım.

Qurban olum hər saçının telinə,

Səndən ayrı düşsəm, buraxma məni,

Qaldır dəsmal ilə bağla belinə.

Hər dəfə deyirsən, "necədir əynin"?

Qışda soyuq olar, isti geyinin!

Nə qədər böyüyüb, uzaq düşsəm də,

Hələ də balaca körpənəm sənin.

Mən qurban olum

Qəmzəmi vurursan, nazmı edirsən?

Et, sənin nazına mən qurban olum.

Qəlbimi yandırdın, azmı edirsən?

De, xoş avazına mən qurban olum.

Nə qədər xoşbəxtəm, təki biləsən,

Yermi cənnət olub, sənmi mələksən?

Çox lazım deyil ki, bircə sən bəssən,

Qoy, sənin azına mən qurban olum.

Ruhum nəğmə deyib, oxuyur səni,

Həyat çağıracaq bir rəqsə məni.

Vəsf elə yaylağı, çölü-çəməni,

Çal, telli sazına mən qurban olum.

Keçir qəlbimizdən şirin xəyallar,

Sevməyən qəlblər bizdən nə anlar?

İçi qış olanlar, buz bağlayanlar,

Əs, sənin yazına mən qurban olum.

Bir günəşsən, sənin nurun danılmaz,

Ağlın şüphə çəkməz, zənnin yanılmaz.

Huri də sənintək gözəl sayılmaz,

Ömrünün yazına mən qurban olum.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Oktyabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see363

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see357

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see271

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see245

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see203

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see201

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see190

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see187

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see184

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see183

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see171

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see171

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see166

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see165

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see164

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see164

“Bu, Ankara üçün prioritet deyil” Ərdoğan

21 Avqust 2026 07:49see161

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see157

Bakıda 18 və 20 ci mərtəbədən yıxılan gənclər öldü

21 Avqust 2026 06:36see155

Azərbaycanda respondentlərin 88% dən çoxu azyaşlıların sosial şəbəkələrə giriş qadağasını dəstəkləyir

21 Avqust 2026 14:14see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri