Icma.az
close
up
RU
Sən ölməli adamsan “Gelandevagen”li Əliyarın vurulma səbəbi və TƏFƏRRÜAT

Sən ölməli adamsan “Gelandevagen”li Əliyarın vurulma səbəbi və TƏFƏRRÜAT

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Öz dostu tərəfindən bıçaqlanan Əliyar Qasımovun vəkili hadisənin təfərrüatı və hazırda davam edən məhkəmə prosesi ilə bağlı açıqlama verib.BAKU.WS musavat.com-a istinadən xəbər verir ki, vəkil İlqar Rüstəmov Əliyar Qasımovla yanaşı hadisə zamanı bıçaqlanan Sabir Tarverdiyevin də müdafiəçisidir.Bildirək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələri ilə ittiham edilən 1990-cı il təvəllüdlü Məmmədov Tural Mübariz oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilir.Bu iş üzrə zərərçəkənlər Əliyar Qasımov və Sabir Tarverdiyevdir. Əliyar Qasımov biznesmen və BDU-nun Hüquq fakültəsinin müəllimi Ərəstun Qasımovun oğludur.Vəkil İlqar Rüstəmov Əliyar Qasımovun və dostunun bıçaqlanması ilə nəticələnən hadisənin baş verməsi haqda bunları danışıb:"Təqsirləndirilən Tural Məmmədovla hüquqlarını müdafiə etdiyim şəxs dostluq münasibətində olublar. Hadisə baş verən gün Tural Əliyar Qasımovun yanına gələrək iddia edib ki, guya Əliyar onun münasibətdə olduğu xanımla danışır. Heç bir əsas olmadan Əliyar Qasımova bir neçə bıçaq zərbəsi endirib. Tural Məmmədov hadisə yerinə cinayəti əvvəlcədən planlaşdıraraq gəlib. O, cibindən çıxardığı bıçaqla əvvəlcə Əliyar Qasımovun ürək nahiyəsindən zərbə vurub. Sonra da bədənin müxtəlif nahiyələrinə zərbələr endirib. Əliyar əli ilə bıçağı tutaraq özünü qorumağa çalışıb. Hətta onu öldürməməsi üçün yalvarıb. Bu yalvarışlar olmasa, Tural Məmmədov bəlkə də zərbələri davam etdirəcəkdi. Hadisə yerində olan Sabir Tarverdiyev də ayaq nahiyəsindən bıçaq zərbəsi alıb. Hadisə şahidlərinin də dediyinə görə, Əliyar sonda onu xəstəxanaya aparmağı xahiş edib. Amma Tural Məmmədov "sən ölməli adamsan" deyib və bıçağı yerə ataraq oradan uzaqlaşıb".Daha əvvəl baş tutan məhkəmə iclaslarında Tural Məmmədovun çıxış etdiyini deyən vəkil bildirib ki, Tural Məmmədov əməlindən peşman deyil: "Qətiyyən peşman olmadığını dedi. Hətta məhkəmə iclasında məni və müdafiə etdiyim şəxsi də hədələdi. Bildirdi ki, çıxandan sonra bizimlə hesablaşacaq. Bu, məhkəmə protokoluda da qeyd edilib".Əliyar Qasımovun da məhkəmədə ifadə verdiyini deyən vəkil İlqar Rüstəmov bunları əlavə edib:"Əliyar Qasımov ifadəsində Turalla dost olduqlarını dedi. O bildirdi ki, Tural son zamanlar narkotik vasitə istifadə etməyə başlayıb və dostları tərəfindən bu hərəkətinə görə qınanılıb və bir çoxları ilə münasibəti pozulub. Əliyar bildirdi ki, Tural narkotik istifadə etdikdən sonra absurd söhbətlər etməyə başlayıb. Bunlardan biri də hadisənin baş verməsinə səbəb olan söhbətdir. Əliyar bildirdi ki, mübahisə zamanı Turala sadəcə "biz dostuq, şəxsiyyətin olsun" deyə irad bildirib".Vəkil açıqlama zamanı Əliyar Qasımov və atasının adının "26-lar" kafesi ilə hallanmasına da münasibət bildirib. O deyib ki, həmin kafe Qasımovlara məxsus olmayıb.Vəkil Əliyar Qasımovun qoşa “Gelandevagen”lə Bakı küçələrində şütüməsi xəbərinə də münasibət bildirərək deyib ki, sosial şəbəkələrdə və mətbuatda fotoları yayılan avtomobillərdən sadəcə biri Əliyar Qasımova məxsusdur.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://baku.ws
archiveBu xəbər 23 Sentyabr 2025 03:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri