Icma.az
close
up
RU
Sənaye parkı ailəsinin 8ci üzvü

Sənaye parkı ailəsinin 8ci üzvü

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Naxçıvan Sənaye Parkının yaradılması ölkəmizin sənaye potensialının və iqtisadi gəlirlərin artmasına əlavə güc qatacaq

Prezident İlham Əliyevin dekbarın 5-də imzaladığı Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasında Naxçıvan Sənaye Parkı yaradılacaq. Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda 310 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində təşkil olunacaq yeni Sənaye Parkının layihələndirmə işlərinin həyata keçirilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan Agentliyə 500 min manat ayrılacaq. İlkin mərhələdə Sənaye Parkının ərazisində kommunal xidmət infrastrukturları və digər obyektlər yaradılacaq və sahibkarlıq fəaliyyətinin səmərəli təşkili üçün müvafiq xidmətlər təşkil olunacaq.

Sənaye Parkının yaradılmasında əsas məqsəd Muxtar Respublikanın iqtisadi imkanlarının daha da artırılması, qeyri-neft sektorunun davamlı inkişafına töh?ə verəcək resursların tam hərəkətə gətirilməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun daha da artırılmasıdır.

Beləliklə, Azərbaycanda sənaye parkı ailəsinə daha bir iqtisadi subyektin daxil olması ilə ölkəmizdə yaradılmış bu iqtisadi modellərin sayı 8-ə çatmış olur. Belə ki, ölkəmizdə Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” və Hacıqabul Sənaye Parkı fəaliyyət göstərir. Həmin parkların hər biri yerləşdiyi ərazinin coğrafi və iqtisadi spesifikasına, sənaye xüsusiyyətlərinə uyğun olaraq müxtəlif adda sənaye məhsulları istehsal edir və yaxud istehsalın təşkili ilə məşğuldur. Ümumlikdə, 4-cü sənaye inqilabının ən inadlı və innovativ hədəflərini qarşıya məqsəd qoymuş Azərbaycanın siyasi niyyəti bütün sənaye parklarını vahid ailədə birləşdirməklə dünya bazarında üstün rəqabətə nail olmaq, daha geniştutumlu malların ixracını təmin etməkdir.

İqtisadi təşviqlər, vergi-gömrük güzəştləri...

Sənaye parkları yaradıldığı ilk gündən müxtəlif iqtisadi stimullar, güzəştlər, dövlət dəstəyi tədbirləri verib, ən münbit şəraiti formalaşdırıb, parklara investisiya qoyuluşlarını motivasiya etmək üçün sahibkarlara dünya praktikasında azad iqtisadi zonalarda tətbiq olunan səmərəli iqtisadi alətləri təmin edib. Vergi qanunvericiliyinə edilmiş dəyişikliklərə əsasən, sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilir. Eyni zamanda, qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisi, torpaq vergisi və mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Eləcə də işğaldan azad edilmiş ərazilərdə (Ağdam və “Araz Vadisi İqtisadi Zonası”) fəaliyyət göstərən sahibkarlar istehsal prosesində istifadə etdikləri bir sıra xammal və materialların idxalı da 10 il müddətinə ƏDV-dən azad olunublar. Həmçinin istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödənilir.

Ümumilikdə isə indiyədək sənaye parklarında çalışan rezidentlər 400 milyon manata yaxın vergi güzəştindən faydalanıblar. Sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər indiyə qədər 500 milyon manata yaxın vəsaitə qənaət ediblər. Bu stimullaşdırıcı siyasət tədbirləri öz müsbət bəhrəsini verib və indiyə qədər Azərbaycandakı sənaye zonalarında 13 milyard manata yaxın məhsul istehsal edilib ki, onun böyük bir hissəsi sənaye parklarının payına düşür.

Qeyri-neft sənayesinə Naxçıvanın töhfəsi...

Naxçıvan Sənaye Parkında rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi üçün təşviqedici iqtisadi tədbirlər görüləcək, səmərəli investisiya siyasəti yürüdüləcək. Ərazidə müxtəlif istehsal və emal, təkrar emal sahələrinin formalaşması sayəsində ixracyönlü dəyər zənciri qurulacaq. Sənaye təyinatlı yeni müəssislərdə dayanıqlı iş yerlərinin yaradılması əhalinin sosial rifahına müsbət təsir göstərəcək. Həmçinin, bölgənin yüksək sənaye potensialı səfərbər olunmaqla xarici bazarlara çıxarılacaq ki, bu da Naxçıvanın iqtisadi inkişafında yeni mərhələ açacaq.

Naxçıvan Sənaye Parkının yaradılması ölkəmizin sənaye potensialının və iqtisadi gəlirlərin artmasına əlavə güc qatacaq. Bu Sənaye Parkı Azərbaycanın sənaye ixracına qoşulmaqla qeyri-neft sənayesinin inkişafına da mühüm töhfələr verəcək. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyri-neft-qaz sənaye ixracının payının 25 faiz artırılması nəzərdə tutulub, bu amil sənaye parkların ailəsində yer alan Naxçıvan Sənaye Parkının qlobal bazarın tələblərinə uyğun ən müasir sənaye mərkəzinə çevriləcəyinə şərtləndirir.

Elbrus CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:247
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Dekabr 2024 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri