Icma.az
close
up
RU
Səndən gözəl olmasın Mətanət Vahid

Səndən gözəl olmasın Mətanət Vahid

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az şair Səddam Laçının "Səndən gözəl olmasın" şeirlər kitabındakı poetik nümunələr haqqında Mətanət Vahidin yazısını təqdim edir.
Aylar öncə "Səndən gözəl olmasın" şeirlər kitabını almağımın səbəbi müəllifin sosial şəbəkələrdəki iddialı bəyanı olmuşdu: Səddam Laçın kitabının üçüncü nəşrinin bitmək üzrə olduğunu yazırdı. Naşiri İlkin Tomar isə oradaca "dördüncü nəşrə nə deyirsən?" soruşmuşdu. Maraq məni götürmüşdü. Axı qəzet və jurnallardan oxuduğum qədərincə, Səddamın şeirləri kütləvi bəyəniləcək, satıla biləcək deyildi. Kitabı alıb oxuyandan sonra isə "sirri" anladım.

Əksər gənc müəlliflər kimi, Səddam da bu kitabda (ümumən yaradıcılığında) balansı gözləməklə, həm oxucunu ələ ala, həm də ədəbiyyatşünaslığın marağına səbəb ola bilir. Kitabda, sadəcə, hisslər qoynunda uçurdan, duyğular dəryasına qərq edən, köks ötürdən, ağladan, kədərləndirən, darıxdıran, ovunduran mətnlər az deyil: "BəxtSiz", "Ayrılığın səhəri", "Ölü adam", "Sevgi resepti", "Qısacası", "Kəpənək ömrü", "Sonrakı peşmanlıq", "Gecikmiş məhəbbət" və s. kimi xeyli şeirlərin adı belə, "arabesk"ə meyillidir. Belə "cooki" şeirlər bütün ağıl oyunlarından usanıb dincəlmək istəyən oxucunun ruhunu, qəlbini oxşamaq üçün yazılır. Odur ki, Səddam Laçını oxucusu daha çox sevgi şairi kimi tanıyır. Müəllif özü "Səndən gözəl olmasın"ı ən sevilən şeiri hesab edir.

Sən olmayan günlərin

Hər günü bir şeirdi, hər günü bir qəzəldi,

Səndən gözəl olmasın, sənsizlik də gözəldi.

Mən bu şeirin yalnız uğurlu hesab etdiyim son üç misrasını köçürdüm buraya. Kitabda isə diqqətimi cəlb edən başqa mövzu, başqa şeirlər oldu. Məsələn, qarışqanı yerdən, hörümçəyi torundan, donuzu çərçivələrindən ayırıb kəpənək kimi, quş kimi uçurdan assosiativ poetikaya malik "Tanrıların şeiri" azadlıq şərqisi kimi səslənir:

Məni himayənə al, Artemida

İnsan olmaq yorur məni

Qarışqa olsaydım,

Çiyinlərimdəki yükü

Ruzi bilərdim

Sevə-sevə daşıyardım.

Kəpənək olsaydım,

İntiharı düşünməzdim

Uça-uça yaşayardım.

Ən gözəl azadlıq şeirini məhkumlar yazır. Şeirdə sosial məhdudiyyətlər burulğanında çabalayan insanın xəyalları ənginliyə qovuşur, düşüncə zənciri xəyali obrazlarla bağlanır. Əvvəldə Artemidanın, sonda Erosun timsalında tanrılara müraciət həm dua, həm də üsyandır - sosial yüklərdən azad olub cəmiyyətdən daha ədalətli olan təbiətin himayəsinə keçmək arzusunu ifadə edir.

Hörümçək olsaydım,

"Xərçəng"-lərin saçlarını hörərdim.

Quş olsaydım,

Haralısan deyənlərə gülərdim.

Donuz olsaydım,

Vegeterianları ayrıca,

Yəhudilərlə müsəlmanları

Bir arada sevərdim.

Oxunu heyvanlara tuşla, Eros,

İnsanlar seviləsi hər şeyi sevib.

Burada kontrast və paralellərin formalaşdırdığı poetik provokasiya sosial çərçivələri dağıdan metafizik mənalandırma qazanır. "Tanrıların şeiri"ndəki tezis - antitezis - sintez strukturu poetik materialı daha çox ictimai problemlərdən alan Səddamın şeirlərinin ümumi mənzərəsində qabarıq müşahidə olunan cəhətdir. Bu xüsusiyyət şeirlərin poetikasına fəlsəfi çalar qatıb duyğulardan uzaqlaşdıraraq fikrə\düşüncəyə əsaslanan poeziya müstəvisinə çıxarır.

Səddamın sosial diaqnoz kimi səslənən bir çox mətnləri çağdaş insanın, bir çox hallarda konkret olaraq Azərbaycan vətəndaşının ictimai-psixoloji reallığını, emosional dilemmalarını ifadə edir. Bu şeirlər cəmiyyətin güzgüsünə çevrilir - qorxu və təlaşının, ümid və təlatümlərinin əlində əsir-yesir qalan, arzularının böyüklüyündən, xəyallarının ənginliyindən diksinən tərəddüdlü insanın kölgəli güzgüsünə.

Hər kəsdən birazam bu aralar

Qaşı alınmış qız,

Saçı uzun oğlanam...

Mən qəribə insanam -

Böyükdən uşaq olmasını,

Uşaqdan uşaq doğmasını istəyirəm

Məni sevən qızlara

"pis qızlar"-ın etdiyini edirəm

Məni sevməyən hər qızı pisləyirəm.

Özüm özümü anlaya bilmirəm

Bacısını məktəbə qoymayan

Məktəbdən qız sevib, evlənən...

Anası, bacısı varkən qız uşağını

"abort" eliyən adam kimiyəm...

"Qəribəlik" şeiri təfəkkürü heç cür müasirləşə bilməyən çağdaş insanın daxili parçalanmasını, cəmiyyətin ikili standartlarının səbəb olduğu mənəvi dağınıqlığını, bu fondakı kimlik böhranını ifadə edir. Müxtəlif sosial rolların daşıyıcısı olan insan milli yaddaşın formalaşdırdığı ictimai gerçəklik ilə içdən gələn səmimi istəklər arasındakı dolanbaclarda azıb qalır. Bütün ziddiyyətlərin kökünün ailədən və cəmiyyətin köhnəlsə də, sıradan çıxmayan mirasından qaynaqlandığını ifadə edən şeir psixoloji dərinliyə nüfuz edir. Cəmiyyət qanunlarının suladığı meydanda vicdan aynasına boylanan yalnız bulanıq əksini görə bilir. Ziddiyyətləri bir poetik fiqurda cəmləyən şeirdə hər bənzətmə insanın sosial tələb və gözləntilər fonunda özündən bir parça itirməsinin ifadəsidir.

Yum gözünü, bəlkə hər şey düzəldi?

Bir yuxu ki gerçəyindən gözəldir,

Oyanma.

Oyandınsa, yuxulara inanma.

Bir yuxudur gerçək olan, bir həyat,

Aç gözünü, inanmasan, bir də yat.

Yubanma.

Yubandınsa, əbədi yat, oyanma.

Ölmüşəmmi ağlayasan, gözəlim?

Kim desə ki, ağlamaqla düzəlir,

İnanma.

İnandınsa, ağla, qızım, utanma.

Bir eşqi ki, qurban verdik bir səhvə,

Yüz dəfə də "gəlmə" desəm, bir dəfə

Gəl, amma

Evdə səni gözləyirlər, yubanma.

Sevgi və həsrət mövzusundakı "Yuxu" şeirinin təzadlar üzərində dalğalanan bu misraları isə yuxuda hər şeyin dəyişəcəyi ümidi ilə başlayıb evdə gözləyənin olduğu gerçəyi ilə bitir. Ən təsirli vurğusu gerçək ilə illüziya arasındakı kontrastı qabardan "gəl, amma..." məqamı olan şeirin ahəngi bu amplitudalar arasında rəqs edir. "Oynaq" ritmi belə, ümidlə təslimiyyət arasındakı uçurum qədər dərin olan bu şeirin ağrısına təzad yaradır. Həyatla yuxu, gerçəkliklə illüziya, sevgi ilə peşmanlıq arasındakı ziddiyyətlər üzərində qurulmuş bu poetik müraciətdəki sarsıntı inamın önünə keçir.

Dağınıq otaq...

Fonda Mozart... Reqviem - d minor

Kətan parça üzərində

Tələskən barmaqlar - tremor

İki dünya bir olur hər səhər

İki adam qovuşur hər axşam

Səsləri kəsən bəstəkar

Əlləri əsən rəssam

Notlara hakim adam

rənglərə kəniz qız

Bir gözü gölməçə,

Bir gözü dəniz qız.

İntermedial poetikaya malik "Tremor rəssam" şeiri biri musiqi, digəri rəsmlə nəfəs alan iki sənətkarın timsalında iki fərqli yaradıcı enerjinin bir məkan və zamanda təması, eyni müstəvidə qovuşmasıdır. İntermedial elementlərin əsas bədii istinada çevrildiyi şeirdə səslənən Mozartın "Rekviem"i yaratdığı atmosferlə əsas emosional fonu formalaşdırır. Şeir rəssamın fırçası ilə bəstəkarın musiqisi əsasında yaranmış emosional sahəni hər iki sənətin estetik impulsları ilə ifadə edir. "Tremor rəssam" daxili təlatümün portretidir. Əlləri əsdiyi üçün kətan üzərində yaranan assimmetriya sənətkarın üslubuna çevrilir və harmoniya yaradır. "Bir gözü gölməçə, bir gözü dəniz qız" metaforası vizual fərqə psixoloji duallığı sığdırır. Məhz bu şeirlər hiss edəndən daha çox, düşünən oxucu ünvanlıdır. Beləcə, "Mən şeir müəllifi yox, tam şeirlik adamam" yazan Səddam Laçının əksər şeirlərini sosial-psixoloji təbəddülatların əks-sədası, boyumuzdan böyük dərdlərə estetik müqavimət kimi oxudum.

Vaxtanq Kikabidze oxusun - Qulu Ağsəs Bakıda Dünya Xalqları Mədəniyyət Festivalı keçirilir Vaqif İbrahimoğlu yad edildi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://kulis.az
archiveBu xəbər 10 İyun 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see320

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see274

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see273

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see265

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see259

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see254

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see242

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see229

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see227

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see223

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see220

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see210

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see198

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see197

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see196

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see186

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see184

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see183

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri