Icma.az
close
up
RU
Səndən sevinc istəmişdim...

Səndən sevinc istəmişdim...

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hicran Hüseynova 1970-ci il noyabrın 7-də Füzulidə doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. "P.S" qəzetinin ədəbi işçisi olub. 1999-cu ildən "Ulduz" jurnalında çalışıb, tənqid və publisistika şöbəsinə redaktorluq edib.

Ədəbi fəaliyyətə orta məktəb illərində başlayıb.

"Yaşıl eskiz" kitabının müəllifidir.

Hicran Hüseynova 2026-cı il iyunun 4-də vəfat edib.

Hicran HÜSEYNOVA

lll

Nəfəsi külək

Ulduzları çiçək

Günəşi göyçək TANRIm!

"Ucalardan ucasan,

Kimsə bilməz necəsən!"

Mən bilirəm: Qadirsən, Rəhman

Rəhim, Kərimsən!

Çiçək ulduzlarınmı soldu, TANRIm

Göyçək günəşinmi söndü

Günəş nəfəsinmi təngidi -

Səndən sevinc istəmişdim...

Nooldu?..

A-naa

Qara, qıvrım saçlar düşür yadıma,

Gördüm səni o ağrılı anımda.

Heç kim görmürdü məni

Çağırdım gəlmədin onda

Gələ bilməzdin axı.

Gördüm səni yuxu kimi gəlib keçən

Sevimli günlərimdə.

Hamı gördü məni,

"xoşbəxt" də deyirdilər.

Mənsə xoşbəxt deyildim -

Sən yox idin yanımda.

...Yenə görürəm səni

Hər gün olduğu kimi,

Ruhun mənim yanımda

Ölənəcəm ağlayacam səninçün

A-naa!

Çağırır torpağım, çağırır anam...

Açılır ömrümün səhifələri

hələ oxunmamış bir kitab kimi...

Açılır həyata şux ləçəkləri

hələ qönçə olan bir çiçək kimi...

Bəlkə, ucalacaq göylərə qədər

indi qönçə olan bu şux ləçəklər.

Bəlkə, əziləcək, tapdanacaqdı...

bir anda solacaq, məhv olacaqdı...

Yox, məhv olmayacaq mənim həyatım!

Arzular olacaq mənim qanadım.

Oxumaq həvəsi, yazmaq həvəsi

bütün kainatın qəlbinin səsi.

Çağırır həyata, çağırır inam

çağırır torpağım, çağırır anam.

İnam... inamdakı qüvvəyə inan

yaşadır insanı, yaşadır inam.

Adamlar ölür burda

Adamlar ölür burda -

Gözümün qabağında,

əllərimin içində.

Çoxu cavan yaşında,

Çoxu da uzun sürən

Ağır xəstəlikdən sonra.

Örtmək olmur gözlərini,

Bağlanmır heç cür xırdaca əlləri,

qırmızı dilləri,

ürəksə çoxdan dayanıb.

- Aldanıb cənnət adına

özünü öldürən adamlar.

İndi çətin diriləsiz,

Torpaq örtər gözünüzü,

Qulaqlarınızı da bir "rəhmətlik" sözü,

bundan sonra nə dirilmək...

Bilirəm sən nədən öldün

səni də bilirəm,

dostum, səni də,

səni də, səni də.

Sənsə ölü doğulmuşdun ölü atadan,

anadan, heç bir gün də yaşamadın -

Doğulandan dilindəydi

qəbir, kəfən.

...Adamlar ölür burda,

gözümün qabağında,

əllərimin içində.

Biri ölü doğulur,

biri özünü öldürür,

Birin öldürür ölülər!

Adamlar ölür burda!

Əlimdən heç nə gəlmir,

əlim cəsədlə doludur...

Gözlədiyim gün

Hardaydın, gözlədiyim gün,

Niyə belə gec gəldin?

Demirdin küsüb gedərəm,

Canımdan bezib gedərəm.

Düzü, gedirdim elə,

köhnə,

bozarmış günlər

dolaşdı ayaqlarıma,

qarşımı kəsdi nəsə,

özüm-özümdən utandım,

nə vaxtsa dediyim

sözdən utandım.

...Və sən gəldin

Heç gözləmədiyim gün...

Gəldin, xoş gəldin, nə deyim,

Sevinə bildimi amma

buna hər iki gözüm?..

Köhnə sözlər

Eh, o qədər deyiləsi sözüm var,

Gecələr sözə bürünüb yatıram.

Gündüzlər söz yeyirəm çörək əvəzinə.

Dilim qabar olub sözün

köhnəsini, yanığını yeməkdən.

Əlim qabar olub sözün

qarasın gizlətməkdən.

Eh, o qədər deyiləsi sözüm var,

asılıb əlimdən, ayaqlarımdan;

hamısı da ağır-ağır,

dözmək olmur.

Üzümdən, gözümdən tökülür sözlər,

səsimdən, baxışımdan tökülür,

Yox, dilimi dişləyim,

Neyniyəsən, hər sözü demək olmur...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://525.az
archiveBu xəbər 17 İyul 2026 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see411

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see305

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see230

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see229

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see224

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see223

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see219

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see208

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see208

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see202

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see196

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see193

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see189

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see189

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see181

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see180

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see175

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see171

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see165

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri