Icma.az
close
up
RU
“Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” Dələduzluq işi

“Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” Dələduzluq işi

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Oğlunu Dövlət Gömrük Komitəsinə işə düzəltmək istəyən şəxs 10 min manatından olub. Onu aldadan şəxs isə 2 il azadlığından...

Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, Eldar oğlu xəstə olduğu üçün pul axtarırmış. O, uşağını müalicə etdirmək üçün borc axtarsa da tapa bilməyib. Özünün dediyinə görə həmin ərəfədə başqa bir dostunun vasitəsi ilə tanıdığı Sabirlə “Maşın bazarı”nda rastlaşıb. Hal-əhval zamanı Sabir iki oğlunun da işsiz olduğunu deyib.

Eldar bunu eşidən zaman fürsət bilib və Sabirə şirnikləşdirici təklif edib. Deyib ki, oğlunu Gömrüyə işə düzəldə bilər. Bunun üçün Sabirdən 30 min manat istəyib. Amma Sabir həmin pulu bir dəfəyə verə bilməyəcəyini deyib.

Eldar əvvəlcə Sabirdən oğlunun sənədlərini, sonra isə hissə-hissə olmaqla 10 min manatını alıb. Deyib ki, yaxın günlərdə işi həll edəcək və qalan ödənişi də onda alacaq. Bundan sonra müxtəlif bəhanələr gətirərək işi uzatmağa başlayıb.

Sabirlə Eldar arasında müxtəlif vaxtlarda danışıqlar və mesajlaşmalar olub. Vaxtın uzandığını görən Sabir Eldardan pulunu istəyib. Eldar isə hər dəfəsində müxtəlif bəhanə gətirərək zaman qazanmağa çalışıb. Söhbətin uzandığını görən Sabir heç olmasa Eldardan bu işi kimin vasitəsi ilə görəcəyini öyrənməyə çalışıb. Eldar isə cavabında “Neyniyirsən? Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” deyə cavab yazıb.

Uzun müddət sonra Sabir Eldara son xəbərdarlığı edib və polisə şikayət verib. Eldar isə ortaq dostları vasitəsi ilə Sabirdən ona vaxt verməsini istəyib. Amma Sabir polisə şikayət edib.

Eldar həbs ediləndən sonra pulun cəmi min manatını qaytarıb. Deyib ki, Naxçıvanda olan torpağı satılsa, qalan borcu da bağlayacaq. O, ehtiyac üzündən bunu etdiyini bildirib.

Məhkəmə Eldar barəsində 2 il müddətinə həbs qərarı çıxarıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Yanvar 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see187

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see172

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see144

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see125

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri