Icma.az
close
up
RU
“Sənə mələk deyirdim, şeytan imişsən”

“Sənə mələk deyirdim, şeytan imişsən”

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Talassemiyalı uşaqların müalicəsi üçün toplanmış pulları ələ keçirmə ittihamı ilə həbs edilən üç xanımın mühakiməsi davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində bu günə təyin edilən iclas vaxtından gec başlayıb. Xanım müttəhimlər - Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədova bəlli saatda məhkəmə salonunda olsalar da, Aynurun vəkilləri 1 saata yaxın gecikiblər. 

Demək olar ki, hər dəfə təkrarlanan hala hakim Azad Məcidov reaksiya verib: “Aynur, sənin düz üç vəkilin var. Amma hər dəfə 40-50 dəqiqə gecikirlər. Buna sabotaj deyirlər. Gah siz xəstələnirsiniz, gah vəkilləriniz gəlmir. Belə olmaz!”

Fasilədən sonra Bayramovanın vəkillərindən biri özünü məhkəməyə çatdıra bilib. Proses zərərçəkmiş şəxslərin ifadələri ilə davam edib. 

Zərərçəkmiş Ramin Dadaşov da talassemiyadan əziyyət çəkən övladı üçün bir işıq yolu tapmaq məqsədilə xanım müttəhimlərə üz tutub. Raminin bir övladı daha əvvəl eyni xəstəlikdən vəfat edib, ikincisi də ondan əziyyət çəkir: “Mən Aysellə Nuridəni tanıyıram. Övladımın əməliyyatı üçün onlara 30 min dollar vermişəm. Bir müddət sonra eşitdim ki, bunları polisə çağırıblar. Sən demə, camaatı aldadıblar. Verdiyim 30 min dolların 15 min manatını Ayselin atası ödəyib. Qalan pulu Nuridə ilə Ayseldən tələb edirəm”.

Həssas detallarla diqqət çəkən prosesdə növbəti zərərçəkmiş Kəmalə Quliyevanın danışdıqları məhkəmə salonundakıları kövrəldib. Kəmalənin cəmi bir övladı var, o da talassemiyadan əziyyət çəkir: “Gözümün ağı-qarası bir övladım var, atasız böyüdürəm. Aynurla ilk dəfə görüşəndə elə ümidverici danışdı ki, dedim, bu, mələkdir. Bir neçə ay sonra zəng etdi ki, bəs övladının donoru tapılıb. Bildirdi ki, əməliyyat xərci 98 min dollardır, amma siz əlinizdə nə var, onu verin. Guya çatışmayan hissəni xeyirxah insanlar qarşılayacaqdı. O qədər sevindim ki… Təsəvvür edin, əlində bir manatı olmayan adam 1 həftəyə 30 min dollar tapdım. Nəyim var satdım. Kənddə yaşayırıq, sağ olsun, sakinlər də toplanıb kömək etdilər. Nə isə 30 mini aparıb Aynurgilə verdim. Ümidlə əməliyyatı gözləyirdim, amma aldanıldığımı öyərəndim.”

Başqa bir zərərçəkmiş Ceyran Musayeva isə nəvəsinin əməliyyatı üçün təqsirləndirilən şəxslərə 20 min manat pul verib: “Qızım, talassemiyadan əziyyət çəkən azyaşlı qızı və həyat yoldaşı əməliyyat üçün Türkiyənin Samsun şəhərinə getdilər. Qızım və əri Samsunda 13 min manat xərclədilər. Heç bir əməliyat da olmadı. Onlarla birgə gedən başqa xəstə uşaq da sonradan vəfat etdi. Bir az sonra da atası öldü”.

Hələ proses başlamazdan əvvəl isə C.Musayeva Aynur Bayramova ilə üzləşib. O, şüşə qəfəsdə əyləşən müttəhimi başına gətirdiklərinə görə qınayıb: “Mən sənə mələk deyirdim. Mələk yox, şeytan imişsən. Neçə uşağın ölümünə səbəb olmusan. Halbuki özünün də uşağın xəstədir. Övladdan ötəsi varmı?! Məni Nuridənin ağzına sən apardın. Sən şeytana tərs papış tikərsən. Hələ camaatı ələ almaq üçün Nuridədən şikayət etməyimizi istəyirdin. Çox qəşəng rol oynadın”.

Aynur sona qədər səbrini basa bilməyib, qəfəsdən yüksək tonla səslənib. O, cavabında “sizin pulu yemişəmsə, Allah cəzamı versin, balam ölsün. Mənim yeganə səhvim sizi Nuridə ilə tanış etməyimdir”, - sözlərini işlədib. 

Məhkəmənin sonunda Nuridə, Aysel və Aynur yenə bir-biriləri ilə dalaşıblar. 

Proses fevralın 5-nə kimi təxirə salınıb.

Qeyd edək ki, Nuridə Seyidova “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi, A.Bayramova və A.Məmmədova isə işçiləridir. İş üzrə 36 nəfər zərərçəkmiş qismində tanınıb. Onların əksəriyyətinin övladı talassemiyya xəstəsidir. Xəstə uşaqların bir neçəsi vəfat edib.

Sail Ağasəlim

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Yanvar 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri