Icma.az
close
up
RU
Sənədlərdən ər və arvad sözləri yığışdırılır? Qəribə dəyişiklik: AÇIQLAMA

Sənədlərdən ər və arvad sözləri yığışdırılır? Qəribə dəyişiklik: AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Polşa hökumətinin nikah sənədlərində cinsiyyət bildirən terminlərdən imtina edərək neytral ifadələrə keçməyə hazırlaşması, ailə hüququ sahəsində yeni bir müzakirə dalğası başladıb. Avropa İttifaqı Məhkəməsinin qərarından sonra gündəmə gələn bu dəyişiklik nikah şəhadətnamələrində "ər" və "arvad" anlayışlarının "birinci həyat yoldaşı" və "ikinci həyat yoldaşı" terminləri ilə əvəz olunmasını nəzərdə tutur. Sözügedən addım birbaşa Avropa İttifaqı daxilində bağlanmış eynicinsli nikahların rəsmən tanınması zərurətindən irəli gəlir.
Bəs Azərbaycan qanunvericiliyində nikah sənədlərində “ər” və “arvad” anlayışlarının çıxarılaraq cins neytral terminlərlə əvəz olunması hüquqi baxımdan mümkündür? Eyni zamanda, mövcud qanunvericilik eynicinsli nikahların tanınmasına hər hansı formada yol verir?
Hüquqşünas Babək Həmidov metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycan Avropa İttifaqının deyil, Avropa Şurasının üzvüdür. Bu baxımdan Avropa İttifaqının Ədliyyə Məhkəməsinin qərarları Azərbaycanda hüquqi qüvvəyə malik deyil:
“Avropa İnsan Hüquqları Məhkəməsi də Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş nikah hüququnu yalnız kişi və qadın arasında olan nikah kimi şərh edir və eynicinsli nikahlar Konvensiyada ayrıca hüquq kimi tanınmır. Nəticə etibarilə, Azərbaycanın Avropa Şurası qarşısında bu məsələdə hər hansı bir öhdəliyi mövcud deyil”.
B.Həmidov qeyd edib ki, eynicinsli nikahların bu formada təsbit edilməsinə dair beynəlxalq hüquqdan irəli gələn öhdəlik olmadığı üçün bu yanaşma ölkə daxilində formalaşmış ictimai münasibətlərə də uyğun hesab edilmir. Mövcud qanunvericilik isə cari məsələləri kifayət qədər dəqiq şəkildə tənzimləyir:
“Eyni zamanda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq normalarına və daxili hüquq sisteminə əsasən, eynicinsli nikahlar tanınmır və onlara yol verilmir. Lakin bu, şəxslərin fərdi seçimlərinə müdaxilə anlamına gəlmir. Fərdlərin cinsi seçimləri və şəxsi azadlıqları qanunla qadağan edilmir və bu sahədə hər hansı bir məhdudiyyət nəzərdə tutulmur”.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Yanvar 2026 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri