Icma.az
close
up
RU
Sənədsiz evlər məsələsi gündəmdə Parlamentdə MÜZAKİRƏ

Sənədsiz evlər məsələsi gündəmdə Parlamentdə MÜZAKİRƏ

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

“Ölkədə vətəndaşların yaşadıqları evlərin, torpaqların sənədləşmə ilə bağlı ciddi problemlər var və bu, hər zaman gündəmdədir. Ölkə prezidenti tərəfindən də məsələnin həlli ilə bağlı sərəncam da imzalanıb. Doğurdan da məsələnin həll olunmamasının ciddi obyektiv səbəbləri var. Amma bu məsələdə daha sürətli, məsləhətli və məşvərətli işin aparılması mümkündür”.
Bunu Milli Məclisin iclasında deputat Razi Nurullayev deyib. O bildirib ki, cəmiyyətin müxtəlif təbəqələrinin bu prosesin iştirakçısı olmasında və mütəmadi olaraq görülən işlərlə bağlı da məlumatlar almasında fayda var: “Amma əsaslı və yenilənmiş məlumatlar tapmaq çətindir. Məsələnin daha da uzanmasının qarşısını almaq, mövcud problemlərə baxış keçirmək və aidiyyəti dövlət orqanları ilə birlikdə işləmək vacibdir. Bunun üçün də Parlament üzvlərindən ibarət bir tərkib yaradıb məsələnin mövcud durumunu öyrənmək, müzakirələr aparmaq və təkliflər planının daha da təkmilləşdirilməsində fayda görürəm. Bu məsələləri burada qaldırırıq, söz olaraq qalır, görülən işlərlə bağlı da məlumatımız olmur. Onun üçün də məsələnin həlli yönümündə Parlamentin də iştirakında fayda görürəm”.
R.Nurullayev davamında bildirdi ki, evlərin sənədləşmə prosesinin ikinci ən ağır tərəfi isə rayon, qəsəbə və kənd evləri ilə bağlıdır: “Adamlar evini tikib, düz 50-60 ildir ki, yaşayırlar. Amma, evlərinə sənəd ya vaxtında düzəltməyiblər, ya da süründürməçilik ilə üzləşiblər. Fakt budur ki, xüsusən də aran rayonlarında yaşayan kənd əhalisinin evlərinin sənədləri yoxdur və onu düzəltmək üçün də həm böyük xərc, xeyli sənəd toplama və zaman tələb olunur. Bir neçə aylıq səylərdən sonra məsələ keçir süründürməçiliyə, məsuliyyətsizlik və diqqətsizliyə. Kəndçi də həm hüquqi biliklərinin olmaması, vəkil tutmağa pulunun kasadlığı və buna bənzər digər səbəblərdən sənədləşmə işini yarımçıq qoyur və məsələ sıfır nöqtəsinə dönür. Bu səbəbdən bir çox insanlar evlərinə qaz xətləri də çəkə bilmir. Çünki, ASAN Xidmət konkret sənədlərlə və tam olaraq qanuna söykənərək işləyir və o xidmətdə xahişlə məsələ həll olunmur”.
Deputat məsələ ilə bağlı konkret təşəbbüslə çıxış etdi:
“Təklifim budur ki, bu məsələ ilə bağlı da təklif etdiyim deputat tərkibi məşğul olsun və sadələşdirici və təmərküzləşdirici təkliflərini hazırlayıb təqdim etsin.
Üçüncü ağır məsələ torpaqların sürüşməsi ilə bağlıdır. Vətəndaşlar torpaq alıb ev tikib, yaxud digər məqsədlər üçün istifadə edir. Elə torpaqlar var ki, az qala 50-100 metr sürüşüb. Əgər yeni geolokasiya parametrlərinə görə sənədləşmələr aparılsa, yalan olmasın gərək 30-40 faiz evlər, obyektlər sökülə. Bu problemlərlə bağlı xeyli sayda məhkəmə işləri var. Amma, etiraf edək ki, məsələnin həlli çox çətindir. Lakin, təbii ki, çıxış yolu olmamış deyil və istərdim ki, təklif etdiyim deputatlardan ibarət tərkib bu məsələ ilə də bağlı məşğul olub təkliflərini hazırlasın.
Sonunda, müvafiq qurumların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə böyük tərkibdə tədbirin keçirilməsini və tövsiyələrin də təqdim olunmasını təklif edirəm”.
Spiker Sahibə Qafarova deputat həmkarının qaldırdığı məsələlərlə bağlı işçi qaydada müzakirələr aparılacağını vurğuladı.

musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Fevral 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri