Icma.az
close
up
RU
Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Azərbaycanda sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilib. Həmin tikililərin rəsmiləşdirilməsi ölkəmizdə aktual məsələlərdən biridir və bu istiqamətdə proses davam etməkdədir.
Bizim.Media xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc “iqtisadiyyat.az”a bildirib ki, hazırda on minlərlə ev kütləvi şəkildə kənd təsərrüfatı torpaqlarının üzərində inşa olunub.
Onun sözlərinə görə, faktiki olaraq həmin evlərdə insanlar yaşayır və bu tikililər fərdi yaşayış evi kimi öz mövcudluğunu davam etdirir:
“Yəni vətəndaşların faktiki mülkiyyəti mövcuddur, lakin bu, hüquqi cəhətdən rəsmiləşməyib. Çünki sənədlərdəki uyğunsuzluq həmin şəxslərə müvafiq dövlət qurumlarından mülkiyyət hüququnu təsdiqləyən və yaşayışa icazə verən hüquqi sənəd - çıxarış əldə etməyə imkan vermir. Lakin aparılan müzakirələr fonunda bu cür təyinatların dəyişmə mexanizmləri də qeyd olunub. Düşünürəm ki, gələcəkdə məhz kənd təsərrüfatı təyinatlı torpaqların üzərində - yəni sayca kifayət qədər evin kütləvi şəkildə tikildiyi ərazilərdə həmin torpaq sahələrinin statusunun yaşayış təyinatına dəyişdirilməsi istiqamətində müəyyən layihələr icra oluna bilər”.
Mütəxəssis söyləyib ki, burada müvafiq qurumun qarşısında iki yol var:
“Ya qanunvericiliyə əsasən həmin evlər qanunsuz olduğuna görə sökülməlidir, ya da onları qanunsuz edən yeganə səbəb aradan qaldırılmalıdır. Yəni torpaq sahəsinə yaşayış təyinatlı status verilməlidir. Hesab edirəm ki, həmin evlərin ölkə iqtisadiyyatına qazandırılması, iqtisadi dövriyyəyə daxil olması - qiymətləndirmə, sığorta, girov, büdcəyə vergi ödəyən subyektə çevrilməsi, həmçinin miras olaraq vərəsəyə ötürülməsi və alqı-satqı obyekti olması üçün torpaq sahəsinin təyinatının dəyişdirilməsinə böyük ehtiyac var. Bunun mexanizmi və ya forması isə əmlak amnistiyası şəklində ola bilər ki, həmin torpaqların statusu birbaşa dəyişdirilsin”.
V.Oruc bildirib ki, sənədləşmə məsələsi yüksək gərginlikli elektrik xətlərinin, kommunikasiya vasitələrinin altında, strateji əhəmiyyətli, meşə fonduna daxil ərazilərdə və ya digər qadağan olunmuş zonalarda yerləşən evləri əhatə etməyəcək:
“Söhbət yalnız digər bütün meyarlar üzrə qanuni şəkildə inşa olunmuş, lakin tək problemi torpaq sahəsinin statusunun uyğun gəlməməsi olan evlərdən gedir ki, onları bir qərarla həll etmək olar. Yəni həmin evlərə amnistiya vermək olar. Bu, həm Azərbaycan dövlətinə, həm vətəndaşlara, həm də ölkə iqtisadiyyatına müvafiq qurumun mühüm töhfəsi olar və ən azı 500 mindən çox sənədsiz evin leqallaşdırılması üçün ciddi addım atılar”.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:337
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Sentyabr 2026 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see261

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see243

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see224

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see223

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see220

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see204

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see203

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see199

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see195

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see195

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see194

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see177

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see175

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see170

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see160

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see158

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see153

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri