Icma.az
close
up
RU
Sənədsiz mənzil alanların bilmədiyi təhlükəli şərt Açıqlama

Sənədsiz mənzil alanların bilmədiyi təhlükəli şərt Açıqlama

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çıxarışı (kupçası) olmayan yaşayış evlərində qeydiyyatda olan şəxslərin hüquqları və belə evlərin satışı zamanı yaranan hüquqi vəziyyət uzun illərdir vətəndaşları narahat edən məsələlərdən biri olaraq qalır. Xüsusilə evin yeni sahibə satılmasından sonra qeydiyyatda olan şəxsin razılığı olmadan qeydiyyatdan çıxarılıb-çıxarıla bilməməsi ilə bağlı suallar tez-tez gündəmə gəlir.
Çıxarışı olmayan evdə qeydiyyatda olan şəxsin hüquqları nədən ibarətdir? Ev satılarkən həmin şəxsi razılığı olmadan qeydiyyatdan çıxarmaq mümkündürmü və belə hallarda vətəndaş öz hüquqlarını qorumaq üçün hansı hüquqi addımları atmalıdır?
Bu barədə Demokrat.az-a açıqlamasında hüquqşünas Kənan Məmmədov bildirib ki, sənədsiz evdə qeydiyyatda olmaq şəxsin həmin əmlak üzərində mülkiyyət hüququ yaratmasa da, ona bir sıra mühüm istifadə və sosial hüquqlar verir.
Onun sözlərinə görə, bu hüquqlar evin necə əldə olunmasından və qeydiyyatın hansı əsaslarla aparılmasından asılı olaraq dəyişə bilər:
“Həmin ünvanda qeydiyyatda olmaq şəxsin oradan istifadə hüququnu formalaşdırır. Qeydiyyat həmin ünvanın şəxsin yaşayış yeri kimi tanınmasına əsas yaradır. Bu da ərazi üzrə məktəb, uşaq bağçası və digər sosial təminat xidmətlərindən istifadə etmək imkanı verir. Qeydiyyatda olan şəxs yaşayış yerindən tam istifadə edə bilsə də, mülkiyyətçi kimi əmlak üzərində sərəncam vermək hüququna malik olmur.
Şəxs həmin evi sata, bağışlaya və ya girov qoya bilməz. Çünki çıxarışı olmayan ev dövlət reyestrində mülkiyyət obyekti kimi qeydiyyata alınmadığından, onun üzərində sərəncam vermək hüququ yaranmır.
Lakin qeydiyyat şəxsin digər istifadə hüquqlarını təmin edir.
Sənədsiz evlə bağlı hüquqların həcmi əmlakın hansı əsaslarla yarandığından asılıdır.
Əgər ev ər-arvad tərəfindən nikah dövründə birgə tikilib və hər ikisi həmin ünvanda qeydiyyatdadırsa, onların hüquqları bərabər hesab oluna bilər. Əmlak valideynlərdən faktiki istifadə və ya vərəsəlik qaydasında qalıbsa, yaxud dövlətə məxsus və özəlləşdirilməmiş yaşayış sahəsidirsə, hüquqi vəziyyət fərqli olur. Yəni hər bir hal ayrıca araşdırılmalı və hüquqi qiymətləndirilməlidir”, – deyə Kənan Məmmədov fikrini tamamlayıb.
Nuray Paşşanlı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 31 İyul 2026 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri