Seneqal millisi məşhur fransalı mütəxəssisə tapşırıldı
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Fransa millisinin heyətində dünya və Avropa çempionu olmuş Patrik Vieyra Seneqal yığmasının yeni baş məşqçisi təyin edilib.
Moderator.az xəbər verir ki, bu barədə rəsmi məlumatı milli komandanın mətbuat xidməti yayıb.
Mütəxəssislə imzalanan müqavilənin müddəti barədə hələlik məlumat verilmir.
Qeyd edək ki, 50 yaşlı Vieyranın son iş yeri 2024-2025-ci illərdə rəhbərlik etdiyi İtaliyanın "Cenoa" klubu olub. O bundan əvvəl ABŞ-nin "Nyu-York Siti", Fransanın "Nitsa" və "Strasburq", həmçinin İngiltərənin "Kristal Pelas" komandalarının da baş məşqçisi kimi çalışıb.
Xatırladaq ki, iyulun 12-də Pap Tyav Seneqal millisinin baş məşqçisi postundan ayrılıb. O, komandasının dünya çempionatının (DÇ-2026) 1/16 final mərhələsində Belçika yığmasına məğlubiyyətindən (əlavə vaxtda 2:3) sonra istefa verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 18 Avqust 2026 20:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















