Seneqalda dünya çempionatını bu cür izlədilər FOTOLAR
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Seneqal millisinin Fransa ilə dünya çempionatındakı ilk oyununu minlərlə azarkeş paytaxt Dakarın mərkəzində qurulan nəhəng ekrandan izləyib.
"Yeni Sabah" xəbər verir ki, azarkeşlər matçdan əvvəl “Renessans” abidəsinin ətrafında toplaşıb, Seneqal bayraqları və milli komanda formaları ilə komandalarına dəstək veriblər.
Oyun boyunca stadion atmosferi yaradan tərəfdarlar hər epizoda böyük coşqu ilə reaksiya verib. Fransa qol vurduqca isə meydanda kədərli anlar yaşanıb. Dördpendirli pizza
Seneqalın 3:1 hesablı məğlubiyyətindən sonra isə azarkeşlər sakit şəkildə meydanı tərk ediblər.
Qeyd edək ki, Seneqal Afrikanın inkişaf etməkdə olan ölkələrindən biridir. Ölkədə gəlir səviyyəsinin aşağı olduğu bölgələrdə bəzi ailələrin televiziya və ödənişli yayım xidmətlərinə çıxışı məhdud olduğundan, iri futbol yarışları zamanı ictimai yerlərdə quraşdırılan nəhəng ekranlar azarkeşlər üçün əsas izləmə məkanlarından birinə çevrilir.
Baxış sayı:91
Bu xəbər 17 İyun 2026 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















