Seneqallı futbolçu: “Hazırda “Qəbələ” çətin vəziyyətdədir”
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“İlk olaraq komanda və buradakı infrastrukturu qeyd edə bilərəm. Gördüyüm qədərilə Qəbələdə infrastruktur çox yaxşıdır. Xəstələndiyim üçün komanda ilə oyunlara tam hazırlaşmasam da, bu cür şəraitdə yaxşı performans göstərmək mümkündür”.
İdman.Biz xəbər verir ki, bu sözləri “Qəbələ”nin yeni transferi Seydina Keyta klubun rəsmi saytına açıqlamasında deyib.
Təcrübəli seneqallı futbolçu “Qəbələ”yə gəlməmişdən öncə komandanın oyunlarını izlədiyini bildirib:
“Azərbaycan futbolu barədə məlumatım var idi. “Qarabağ”ın demək olar ki, Çempionlar Liqasındakı bütün oyunlarına baxmışam. “Qəbələ” haqqında da məlumatlı idim. Çünki mənim dostum, eyni zamanda, komandamızın əfsanəsi olan Dodo vaxtilə burada oynayıb. Onunla Latviyanın “Liepaya” klubunda bir yerdə çıxış etmişik. Dodo “Qəbələ” haqqında mənə çox danışıb. Komandanın bir neçə oyununu da izləmişəm. Zənnimcə, çox maraqlı komandadır. Düzü, “Qəbələ”dən təklif gəldikdə bunu Dodoyla müzakirə etmədim. Çünki o, əvvəlcədən mənə “Qəbələ” haqqında çox şey danışmışdı. Həmçinin Dodonun “Qəbələ”nin heyətində avrokuboklarda çıxış etdiyi oyunlara da baxmışam. İlk təəssüratım bu oldu ki, çox yaxşı komandadır. Buna görə də, əlavə məlumata ehtiyacım yox idi. Həmçinin futbolçu olaraq gedəcəyim komanda barədə çox soruşmağı xoşlamıram. Əsas odur ki, həmin klubda özüm yaxşı təəssürat yaradım”.
Keyta sonda “Qəbələ” azarkeşlərinə müraciət edib:
“Azarkeşlərə sözüm odur ki, komandaya dəstək olsunlar. Hazırda “Qəbələ” çətin vəziyyətdədir. Buna görə də, onların dəstəyinə xüsusilə ehtiyacımız var. Söz verə bilərəm ki, hər şey yaxşı olacaq. Biz əlimizdən gələnin ən yaxşısını etmək üçün buradayıq. Ümid edirəm ki, hamımız birlikdə yaxşı nəticə qazana bilərik”.
Baxış sayı:48
Bu xəbər 14 Yanvar 2026 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















