Seneqallı nazir ASAN xidmət də
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Seneqal Respublikasının dövlət qulluğu, əmək və dövlət xidmətinin islahatı naziri Mamadou Lamine Diantenin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və burada tətbiq olunan innovasiyalar barədə ətraflı məlumat verib.
Milli brendimiz olan “ASAN xidmət”in intellektual məhsul kimi ixracı istiqamətində 35-dən çox ölkə və beynəlxalq təşkilatla müqavilələr imzalandığı diqqətə çatdırılıb.
Görüş zamanı 2025-ci ilin 3 iyun tarixində tərəflər arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində görülmüş işlər və nəzərdə tutulan fəaliyyətlərə dair müzakirələr aparılıb.
Seneqal tərəfi qısa müddət ərzində ölkələrində “ASAN xidmət” modeli əsasında dövlət xidmətləri mərkəzlərinin qurulacağını ifadə edib.
Görüşdə İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Baş direktoru Azər Bayramov da iştirak edib.
Nümayəndə heyəti “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin və "Bilim Bakı" mərkəzinin fəaliyyəti ilə də tanış olub.
Ruhiyyə Mehdiyeva
Bu mövzuda digər xəbərlər:Seneqallı nazir ASAN xidmət də
28 Noyabr 2025 09:53
Seneqallı nazir ölkəsində “ASAN xidmət” modeli əsasında dövlət xidmətləri mərkəzlərinin qurulacağını bildirib
04 Sentyabr 2026 10:40
Seneqallı futbolçu Kəpəz də
14 Avqust 2025 09:31
Seneqallı futbolçu “Qəbələ”də qalacaq
04 İyun 2026 09:44
Nazir “ASAN xidmət”də
04 Dekabr 2024 16:23
Baxış sayı:87
Bu xəbər 04 Sentyabr 2026 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















