Sənət dünyasında mübahisə Heykəl yonan robotlarla bağlı
Kulis.az saytına istinadən Icma.az xəbər verir.
Məşhur Karara mərmər emalatxanalarında əsrlərdir davam edən ənənəvi heykəltəraşlıq sənəti robot texnologiyaları və süni intellektin inteqrasiyası ilə böyük transformasiya dövrünə qədəm qoyub.
Kulis.az xəbər verir ki, "LITIX" və "ROBOTOR" şirkətləri tərəfindən hazırlanan proqramda robotlar 3D rəqəmsal modellər əsasında mərmər bloklardan mürəkkəb heykəllər yonur.
Şirkətin təsisçisi Cokomo Massarinin sözlərinə görə, robotlar yonma prosesinin 99 faizini üstələnərək ağır fiziki əməyi azaldır, sənətkarlara isə yalnız son incə detalları tamamlamaq qalır.
Məsələyə münasibət bildirən "Alqoritmik heykəltəraşlıq" cərəyanının nümayəndələrindən rəssam Devid Kuayola robotu müstəqil yaradıcı deyil, öz sənət jestinin davamı kimi gördüyünü deyib.
Qeyd edək ki, texnologiyanın sürətli inkişafı sənət dünyasında "maşının işi harada bitir, rəssamın yaradıcılığı harada başlayır?" sualı ətrafında mübahisələrə yol açıb.
Baxış sayı:140
Bu xəbər 24 Sentyabr 2026 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















