Icma.az
close
up
RU
Sənət dünyasının sevgi əfsanəsi

Sənət dünyasının sevgi əfsanəsi

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az Günel Natiqin "Dalğaların qucağında" yazısını təqdim edir.

1956-cı ildə İzmirdən İstanbula aktyorluq təhsili almaq üçün bir qız gəlir. 19 yaşlı Çolpan İlhan akademiyada oxuya-oxuya teatrlarda kiçik rollarda oynamağa başlayır. Gənc yaşına baxmayaraq İstanbulun teatr çevrələrində diqqət çəkməyi bacarır. O, sanki qardaşı, məşhur şair Atilla İlhanın şeirlərindən qopub gəlmişdi.

Yakut pulları mı? Bu ne görkem
Kanlı gözbebeklerindeki yazı
Beni nasıl büyüledi bilmem
Kirpikleri örümcek kırmızı.

Çolpan İlhanın tək həvəsi teatr deyildi. “Yeşilçam”da da şöhrət tapmaq istəyirdi. Kino sektoru ağrılı və çətin yol idi, amma gənc qız bu istəyindən geri çəkilmirdi.

Nəhayət, müjdəli yollar Çolpanı kino meydançasına gətirir. Filmdə ona da bir rol verirlər.
Çəkiliş qrupu çay otağına çəkilmişdi. Çolpan da onların arasındaydı.

Bu vaxt qapı açılır, günəşdən yanmış siması olan üzügülər, yaraşıqlı bir adam içəri girir. Otağın ab- havası dərhal dəyişir. Hiss olunurdu ki, bu adama qadınlar sonsuz maraq duyur və o da bunun fərqindədir.

Ucaboylu adam bir- iki zarafat edib hamını güldürdükdən sonra “Tez mənə bir qələm tapın” dedi.

- Məndə var.

Adam səs gələn tərəfə dönəndə 20-22 yaşlarında sarışın, gözəl bir qız gördü.

- Qələmə görə sağ ol, amma bu balaca qızları çəkiliş qrupuna kim götürür axı?

Onun bu sözləri Çolpanın xətrinə dəysə də, dinmədi, eləcə gülümsədi. Əslində bu zarafatcıl adamı- məşhur filmlərin qəhrəmanı Sədri Alışıkı o, tanımışdı.

Zamanla Sədri və Çolpan iki ayrılmaz dosta çevrildi, hətta bir neçə teatr tamaşasında birlikdə rol aldılar.

O vaxt Sədri Alışık aktrisa Nəriman xanımla evli idi, amma cəmiyyət içində başqa qadınlarla birlikdə görünməsi aktyoru narahat etmirdi.

Çolpan Sədrinin məhəbbət macəralarını görür və hətta ona sevgililəri üçün hədiyyə seçməkdə də kömək edirdi.

Bir gün kinostudiyaya gələn Çolpan Sədrini fikirli gördü:

- Sədri, niyə fikirlisən?

- Heç də fikirli deyiləm, niyə belə düşündün?

- Sən kədərini öz içində gizləməyə alışmısan. Sədri Alışık buna alışıb. Əslində sən çox həssas insansan.

- Mən hara, həssaslıq hara? Yaxşı, nə düşündüyümü deyim? Başım bəlaya girib. Qardaşın Atilla İlhanın ssenarisini yazdığı filmdə qadın rolu sənə, kişi rolu da mənə verilib. Bilmirəm başıma haranın daşını töküm.

- Deyirsən, oynaya bilmərəm?

-Oynaya bilərsən, amma ssenari üzrə sənə aşiq adamam. Rolda belə mən bu zülmü çəkə bilmərəm.

- Ay səni. Elə bilirsən, bu zarafatından inciyəcəm? Heç də belə. Alışmışam sənin zarafatlarına, Sədri Alışık!

- Olmadı ki bu. Bəs mən nə edim? Çolpan, zarafat bir yana qalsın, səninlə danışanda özümü heç nəyə məcbur hiss eləmirəm, əmin oluram ki, məni anlayacaqsan. Sənin kimi balacadan bu cür anlayış görmək qəribədir.

- Nə, balaca? Bax, artıq incidim. Avqustda 22 yaşım tamam olub. Sənin neçə yaşın var, qoca Sədri bəy?

- Apreldə 33 yaşa girmişəm. Yaşa dolmuşam.

- Heç hiss olunmur! Yaxşı, mən rolumu əzbərləməyə gedirəm. Sən də çalış ki, yaxşı əzbərləyib çaşmayasan.

Bu film-“Yalqızlar limanı” onların bir birinə sevgi etirafı kimi doğulur… Sədri gəmilər kapitanı, Çolpan isə gecə klubunda kədərli şərqilər söyləyən gənc qız…

Bədbəxt olan tək mənəm?
gecənin qaranlığında
Gözlərimə yosun düşdü
Yalqızlar limanında.

Bütün gecə ağladım
Dalğaların qucağında
Gözlərimə yosun düşdü
Yalqızlar limanında.

Film qəhrəmanlarının sevgisi sınağa çəkildikcə, Sədri və Çolpanın arasında da yeni, əvvəl hiss etmədikləri hisslər doğulurdu. Xüsusilə epizodların birində, operator onları uzun- uzadı bir epizodda gözlədəndə, onlar da yarım saat bir- birinə sarılmış halda durub gözləyəndə…

Sədri Alışık sonralar deyəcəkdi ki:

- Bax, elə həmin an aramızda böyük bir cəzbetmə qüvvəsi doğuldu...

Sədri Alışıkın Nəriman xanımla evliliyi əslində çoxdan bitmişdi, sadəcə, boşanmanı rəsmiləşdirmək lazım idi. Bunu da etdilər…

Sədri və Çolpanın həyatında yeni mövsüm başlamışdı- sevgi mövsümü. Heç bir ayrılıq bu mövsümün istisinə tab gətirmir, yanıb kül olurdu.

Sədri film çəkilişləri üçün Qara dənizə gedəndə də elə oldu. Ayrılıq yollara sığmadı. Sədri sevgilisinin səsini eşitmək üçün dağların başıyla kilometrlərlə yol qət edir, rayon mərkəzindəki ümumi telefondan İstanbula zəng vururdu. Çolpan isə sevdiyi adamın həyatı üçün qorxu hissi keçirir, gecə dağlardan, dərələrdən keçib telefon axtarmağın təhlükəli olduğunu deyirdi.

Bir gecə Çolpangilin qapısı bərk- bərk döyüldü. Teleqram gəlmişdi. Gecə vaxtı kimdən ola?.. Tez-tələsik teleqramı oxuyan qız “Ay Sədri” deyə başını yırğaladı. Teleqramda bircə cümlə yazılmışdı:

“Telefonda SƏNİ SEVİRƏM" deməyi unutdum...!!

1959- cu ilin sonbahar günlərində ailə quran cütlüyün bir il sonra oğulları dünyaya gəldi. Adını Kərəm qoydular. Sevginin yenidən yaratdığı insanlar övladlarına başqa nə ad verə bilərdilər?

Sədri Alışık qadınlarla vaxt keçirməyi sevən özündənrazı adamdan əsl ailə başçısına çevrilmişdi. Sənət dünyasında da yeni cütlük doğulmuşdu. Sədri Alışık və Çolpan Alışıkın adları artıq qoşa çəkilirdi. Tamaşaçılar cütlüyün birlikdə çəkildiyi filmlərə baxmağı sevirdilər. Çolpan adətən sevənləri ayırmağa çalışan mənfi qadın rollarını oynayırdı. Həyatda isə Sədrinin ideal qadın obrazı idi.

Sədri Alışık qaydalara tabe olmağı sevmirdi. Monoton həyat onu sıxırdı. Səhər işə getmək, axşam işdən gəlmək və bununla gündəlik rutini tamamlanmış hesab etmək- ona sönük gəlirdi. Əslində Çolpanla həyata baxışları üst-üstə düşürdü. Ona görə həyatları maraqlı keçirdi. Darıxanda gecə saat 3-də olsa belə evdən çıxar, musiqi dinləməyə yollanardılar. Ya da meşəyə gedib bülbüllərin cəh-cəhinə qulaq asardılar.

Yel qanadlı günlər bir-birini əvəz edirdi. Bu ailənin xoşbəxtlik üçün hər şeyi vardı. Sevgi, qarşılıqlı hörmət, sənət zirvəsi... Amma günlərin birində məlum oldu ki, çatışmayan bir şey var.

Əslində Sədri bəyin xəstəliyi birdən başladı. Film çəkilişlərilə bağlı İzmirə getmişdi. Qayıdıb gələndə Çolpan onu tanımadı. Həddindən artıq arıqlamış, gözləri çuxura düşmüşdü.

Qadın həmin günlərdə özünü bir az tənha hiss edirdi, həyat yoldaşının bu halını görəndə isə lap kövrəldi, göz yaşlarını gizlətmək üçün üzünü yana tutdu. Münasib bir anda soruşdu:

- Sədri, özünü necə hiss edirsən? Bəlkə həkimə görünəsən?

- Yox, keçib gedər.

Bir neçə gün keçdi. Sədrinin rəngi get-gedə daha da boğulurdu. Çolpan artıq onun fikrini soruşmadan həkimə üz tutdu. Aktyoru xəstəxanaya yatıranda təzyiqi xeyli aşağı idi. Bir neçə gündən sonra isə tam diaqnoz qoyuldu: Sədri Alışık qaraciyər serrozuna tutulmuşdu.

Çolpan həyat yoldaşının yatağı başından ayrılmır, əlini buraxmırdı. Bir gün bir neçə dəqiqəlik palatadan çıxmalı olan qadın qayıdanda vəlvələ düşdüyünü gördü.

- Nə olub? Yoxsa Sədri?

- Sədri bəy komaya düşdü... Amma biz əlimizdən gələni edirik.

Ondan sonrakı günləri Çolpan xanım palatanın pəncərəsi önündə keçirdi. Huşu özündə olmayan Sədri bəyin üzünün sevimli cizgilərində həyat əlamətlərini tapmaq, uzun ömrün alın yazısını oxumaq istəyirdi.

Bir gün Çolpan xanıma zəng gəldi. Bir həkim yeni bir dərman təklif edirdi. Həmin dərmanın köməyilə xəstəni komadan ayıltmaq olardı. Sonrası isə artıq xəstəliyin gedişatından asılı idi.

Dərman tətbiq edildi. Çolpan xanım palataya daxil olanda Sədri bəy tam olaraq özündə deyildi, amma komada olduğu günlərdən fərqli olaraq gözləri nəsə ifadə edirdi. Çolpan onun yanında oturdu, əlindən tutdu.

- Sədri, məni eşidirsən? Əgər eşidirsənsə, əlimi sıx.

Çolpan Sədri bəyin cansız əlinin xəfifcə hərəkətə gəlib onun əlini sıxdığını hiss edəndə, sevincdən başını itirdi. Demək ki, Sədri özünə gəlirdi. Həkimlər Çolpanın çox da ümidə qapılmasını istəmirdilər:

- Çolpan xanım, yəqin siz özünüz anlayırsız ki, o, yalnız komadan ayılıb, xəstəliyi keçib getməyib.

- Yəni?

-Yəni hər duruma hazır olmalısız.

- Onun cəmi 64 yaşı var! Onu bilirsiz nə qədər rollar gözləyir? Bilirsiz ki, o hələ yaratmalıdır? Siz bilirsiz ki...

- Bilirik, Çolpan xanım. Təəssüf ki, tibb bəzən o qədər aciz olur ki.

- Mən bununla barışmayacam. Mən dünyanın ən yaxşı xəstəxanasını, ən yaxşı həkimini tapana qədər axtaracam. Axı şans var, elə deyil?

- Yeganə şans qaraciyər köçürməkdir. Amma hazırda bizdə münasib donor yoxdur… Bir də ki, bu əməliyyatın istənilən nəticəni verməyəcəyini düşünürük.

- Mən onu Amerikaya apararam! Hə, Amerikaya! Orda onun çarəsi tapılar. Ola bilməz ki, Sədri Alışık xəstəliyə tabe olsun!

Amerikadakı xəstəxanayla danışıqlar aparıldı, biletlər alındı. Hava limanında Sədri bəy Çolpanın üzünə baxmamağa çalışaraq yavaşca dedi:

- Çolpan, indi birlikdəyik, amma geri dönüşdə mən sənin yanında olmaya bilərəm. Xahiş edirəm, özünü ən ağır nəticəyə hazırla. Sənin pərişan olmağını istəmirəm.

Sədri bəy saat 7.30-da əməliyyata alındı. Axşam saat 19.30-da əməliyyatdan çıxarılıb reanimasiyaya aparıldı.

Bir neçə gündən sonra o artıq yemək yeyir, gülür, zarafat edir, özünü yenidən doğulmuş kimi hiss edirdi. Çolpan gözlərinə inanmırdı. Deyəsən o, doğrudan da sevimli ərini amansız xəstəliyin caynağından qopara bilmişdi.

Vətən sevinirdi, pərəstişkarlar, doğmalar, sənət cameəsi sevinirdi, hətta onları İstanbula gətirən təyyarə də sevincdən göylərə sığmırdı.

Həyat yenidən ulduz ailənin üzünə gülümsəməyə başlamışdı. Sədri bəyə hətta film təklifi belə gəlmişdi. Sənətkar nəinki filmlərə çəkilir, həm də kitab yazır, rəsm çəkirdi. Bütün bunlar onun ölümündən sonra Çolpan xanıma ən böyük təsəlli olacaqdı.

Amerikadakı əməliyyat Sədri bəyə düz beş il bağışladı. Amma ahıl yaşı və qəbul etdiyi dərmanların fəsadları özünü göstərirdi. Böyrək çatışmazlığı yaranmışdı. Dializə üz tutmalı oldular.

Çolpan xanım yenə təmkin və səbirlə Sədri bəyi xəstəxanaya qədər müşayiət edir, prosedurlarda bir dəqiqə də olsun yanından ayrılmırdı.
Növbəti dializ… Sədri bəyin səssizliyi Çolpanın gözündən yayınmır. “Həkim, Sədri niyə səssizdir?” Həkim xəstəyə yaxınlaşır, “Sədri bəy”, deyə çağırır. Xəstə yavaşca səs verir. “Hər şey yolundadır”, - deyə həkim Çolpana ürək-dirək vermək üçün gülümsəyir. Yox, nəsə yolunda deyil. Çolpan gözlərini ürək döyüntülərini ölçən cihaza dikir. Bir, iki, üç... Səslər getdikcə yavaşıyır… Və eşidilməz olur.

- Sədrinin ürəyi dayanır, nəsə edin, sistem taxın, bir şey edin!- Çolpan fəryad edir.

Sistem taxılır. Ürək döyüntüləri yenidən artmağa başlayır. Çolpan döyüntülərə qulaq kəsilmişdi, indi bütün həyatı bu döyüntülərdən asılı idi.

Son ürək döyüntüsü də yorğun-yorğun öz işini tamamladı. Ətraf adamlarla dolub-daşdı. Bir ara Çolpan xanımı yalqız buraxdılar, o Sədrini qucaqlayıb buraxmır, elə bil içindəki enerjiylə onu yenidən canlandıracağına inanırdı.

Bədbəxt olan tək mənəm?
gecənin qaranlığında
Gözlərimə yosun düşdü
Tənhalar limanında.

Bütün gecə ağladım
Dalğaların qucağında
Gözlərimə yosun düşdü
Tənhalar limanında.

O sevgidən bir həsrət yadigar qaldı. Həsrətə çevrildi Çolpan. Həzin- həzin Sədrinin uyuduğu məzarlıqda gəzdi, gül əkdi, məzarı gülsüz qalmasın deyə maşınının baqajında çiçəkləri və çiçək əkmək üçün materialları əksik etmədi.

5 ay keçdi. 1995-ci ilin bir bazar günü, Kanlıcadakı bağ evində ana- oğul sükutun seyrinə dalmışdılar. Sədri Alışıkın yoxluğuna inanmaq çox çətin idi. Gözlərindəki milyonlarla ulduzları silmişdilər və boşluğa baxırdı ikisi də.

Çolpan Sədrin bəyin sevimli çiçəklərini sulamağa başladı. Hərdən söhbətləşirdi onlarla. Birdən oğlunun yanına gəldi. Gözlərində atəşböcəyi işıq saçırdı. Kərəm xeyli vaxtdan bəri anasını belə ümidli görməmişdi.

- Oğlum, belə bir fikir gəldi ağlıma. Atan üçün teatr tikək və hər il o teatrda ona xatirə gecəsi keçirək.

“Sanki bunu atamın çiçəklərindən biri pıçıldayıb”,- deyə düşündü Kərəm.

Sədri Alışıkın işığı elə nəhəng idi ki, başqa bir işığa- onun adını daşıyacaq işığa qucaq açdı.

Artıq hazır olan teatra ayaq basanda, Çolpan xanım o dekorasiyaların, geyimlərin, sənət adamlarının arasında sevimli Sədrinin də varlığını duydu. Sədri Alışık, orda, həyatını həsr etdiyi teatrda və əbədi sevgilisi Çolpan xanımın yanında idi...

Ərəb şeyxinin hərəmxanasını seçənlər: Məktum və Zeynəb dastanı Roza Zərgərlinin özəlliyi və “Maşın-şou”dakı kişi oyunçuların marağı Qızı öldü, əri güllələndi, özünə qəsd etdi - Rəfiqəsini sevən şairin faciəvi həyatı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://kulis.az
archiveBu xəbər 07 Aprel 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see255

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see245

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see238

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see235

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see223

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see222

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see220

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see216

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see212

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see208

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see207

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see202

Yaxın Şərqdə köhnə status kvoya qayıtmaq mümkün deyil

05 Sentyabr 2026 00:56see196

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see189

Zamiq Əliyev oynadı, Eqnatiya ya ardıcıl üçüncü qələbəsini qazandı

05 Sentyabr 2026 02:21see184

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see183

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see181

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see180

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see176

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri