Sənətçinin yeri həbsxana deyil Təbrizdə Mürtəza Pərvinin həbsinə etiraz
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
26 iyun 2025-cü il cümə axşamı günü Təbrizdə bir qrup Azərbaycan sənətçisi Güney Azərbaycandan olan sənətçi və siyasi məhbus Mürtəza Pərvinin qraffitisini çəkərək sənətkarın Böyük Tehran zindanındakı həbsi və saxlanma şəraitinə etiraz edib.
Eyləm zamanı Azərbaycan rəssamları Təbrizin mərkəzindəki divarlardan birinə Mürtəza Pərvinin şəklini çəkib və "Sənətçinin yeri həbsxana deyil" yazısını yazıblar.
Xatırlaqdaq ki, daha öncə Evin həbsxanasında saxlanılan Mürtəza Pərvin həbsxananın köçürülməsi qərarı verildikdən sonra Böyük Tehran həbsxanasına göndərilib. Bu zaman ona şəxsi əşyalarını özü ilə götürməyə imkan verilməyib.
Mürtəza Pərvin 2024-ci il fevralın 17-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Evin həbsxanasına köçürülüb. 2024-cü il may ayının sonlarında o, hakim Əbulqasim Sələvatinin sədrliyi ilə keçirilən Tehran İnqilab Məhkəməsində “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşmaq və sövdələşmə” və “rəhbərliyi təhqir etmək” kimi ittihamlarla mühakimə olundu və 6 il həbs cəzasına məhkum edildi.
Gunaz.tv


