“Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin” Məşhur aktyor
Icma.az, Tribuna saytına istinadən bildirir.
“Birdən evdən zəng gəlir. Deyirlər ki, evə gələndə ət al. Maaş azdı, qalırsan belə. Əti hansı pulla alacağını düşünürsən. Sənətçi bunu düşünməməlidir”.
Bu sözləri Hit.az-a açıqlamasında Sumqayıt Dram Teatrının aktyoru Yalçın Səlimov bildirib.
Maaş azlığından şikayətlənən aktyorlar barədə fikirlərini bölüşən Yalçın Səlimov bir az artırılarsa, yaxşı olacağını deyib:
“Dövlətin verdiyi maaşdır. Nə deyim?! Başqa ölkələrə baxanda bizdə çox zəifdir. Maaşımız yüksək olsa, daha yaxşı olar. Çünki, müəllim, aktyor, sənətçinin maaşı yüksək olmalıdır. Sənətçi evə gələrkən deyilən ərzağı necə alacağını düşünməməlidir”.

Lukaşenko xanım sənətçiyə kartof vəd etdi
12 Sentyabr 2025 15:11
Tarixi şəhər qarışdı: PKK çılar azərbaycanlı sənətçiyə hücum etdilər Nələr baş verir?
06 May 2025 13:46
Hamı elə bildi, dəli olmuşam Məşhur aktyor
19 Sentyabr 2025 22:19
Məşhur aktyor güllələndi
03 İyun 2025 10:22
Məşhur aktyor Bakıda
14 Noyabr 2024 22:10

