Sənətkarların hamısı Bakıda doğulub, göydən düşüb?
Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
Aparıcı Vüsalə Əlizadə bəzi məşhurlara verilişində qadağa qoyduğunu etiraf edib.
Axşam.az xəbər verir ki, bu haqda proqramında danışan Vüsalə etik qaydalı pozan ifaçıları heç vaxt dəvət etmədiyini bildirib:
"Verilişlərimdə bəlli qadağa olub. Bu, həm kanalın, həm də aparıcının seçimidir. Hərdən bəzi aparıcılar üzərlərindən atmaq üçün deyir, kanal dəvət edir, mən nə edim? Yox... Hər aparıcının şəxsi mənafeyi qorunmalıdır. Öz şərtləri mütləqdir. Mənə və komandama, kanala hörmətsizlik edən, etik qaydaları pozan bir məşhuru dəvət etmərəm. Deyərəm ki, sevgimiz, hörmətimiz var, amma həmin sənət adamını dəvət etməyək. Məktəb keçmiş, müəllim görən adam etik qaydaları pozmaz".
V.Əlizadə verilişlərə dəvət edilən musiqi zövqü olmayan ifaçılardan da söz açıb:
"Zövq ailədən formalaşır, doğulanda doğulur. Lap ucqar kənddə, rayonda, ya da Bakının göbəyində doğula bilərsən. Amma bu zövq səninlə formalaşır. Sənət adamlarının hamısı Bakıda doğulub, göydən düşüblər? Çoxu rayondan gəlib. Zövq şəhərə, rayona baxmır. Həmin ifaçılar kaş elə sosial şəbəkədə qalardı. İndi aparıcılar, kanallar qınanılır ki, niyə onları efirə buraxdınız?".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 12 Aprel 2026 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















