Icma.az
close
up
RU
Səngəçal terminalının enerji sistemi yeniləşdirilir

Səngəçal terminalının enerji sistemi yeniləşdirilir

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

“Şəfəq” günəş layihəsi hesabına obyekt emissiyasız işləyəcək

Xəbər verildiyi kimi, bu il iyunun ilk günlərində keçirilən Bakı Enerji Həftəsi çərçivəsində investorlar Səngəçal terminalının elektrikləşdirilməsi layihəsini (STEL) təsdiqləyiblər. Layihəyə əsasən, dünyanın ən iri neft-qaz ixracı mərkəzlərindən sayılan Səngəçal terminalının elektrik təsərrüfatı yenidən qurulacaq. Aparılacaq işlər terminalın “AzərEnerji” ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kilovoltluq elektrik yarımstansiyası inşa ediləcək.

Qeyd edək ki, STEL layihəsi Cəbrayıl rayonunda 240 meqavatlıq günəş elektrik stansiyasının tikintisini nəzərdə tutan “Şəfəq” günəş layihəsi ilə “virtual enerji ötürmə mexanizmi” adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, “Şəfəq” stansiyasında istehsal ediləcək təmiz elektrik enerjisi Cəbrayıl rayonunun ərazisində  “AzərEnerji” ASC-yə təhvil veriləcək. “AzərEnerji” isə sonra eyni həcmdə elektrik enerjisini Bakı yaxınlığında yerləşən Səngəçal terminalına ötürəcək. Hazırkı proqnozlara və planlara əsasən, “Şəfəq” və STEL layihələri birlikdə Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların, təxminən, 50 faiz azaldılmasına imkan yaradacaq.

Səngəçal terminalının elektrikləşdirilməsinin müfəssəl mühəndis-layihələndirmə və təchizat xidmətlərini nəzərdə tutan müqavilə BP şirkəti ilə SOCAR-KBR birgə müəssisəsi arasında imzalanıb. Müqavilə elektrik şəbəkəsindən enerjinin ötürülməsi və fasiləsiz enerji təminatı üçün qoruma mexanizmini təmin etmək məqsədilə Səngəçal terminalı ərazisində bir sıra yeni avadanlıqlar və mövcud obyektlərdə aparılacaq dəyişikliklər üçün mühəndis-layihələndirmə və təchizat üzrə dəstək xidmətlərini əhatə edir. STEL-in icrası üçün mühüm bir mərhələ sayılan bu müqavilə 7 milyon funt sterlinq dəyərindədir. 

Ümumilikdə, 230 milyon dollar dəyərində olan STEL layihəsi artıq tikinti mərhələsinə qədəm qoyub. İki mərhələdə həyata keçiriləcək işlərin isə 2028-ci ildə başa çatdırılacağı planlaşdırılır. STEL layihəsi Səngəçal terminalının operatoru olan BP şirkəti tərəfindən həyata keçiriləcək və idarə ediləcək. Layihə terminalın dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa ediləcək. Hazırda terminalın elektrik enerjisinə olan tələbatı ödəmək üçün 7 qaz turbinindən istifadə edilir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə demontaj olunacaq ki, bu da istifadə edilməyən yanacaq qaz həcmlərinin ixraca yönəldilməsi ilə yanaşı, BP-nin Azərbaycanda idarə etdiyi ən böyük obyekt sayılan terminalın əməliyyatlarlarından yaranan emissiyaların azaldılmasına imkan verəcək.

Yeri gəlmişkən, ümumilli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının təntənəsi olan Səngəçal terminalı 28 ilə yaxındır ki, Azərbaycanın neft sənayesinə xidmət göstərir. Xəzərin Azərbaycan sektorunda quraşdırılmış nəhəng qurğuların, ən müasir texnologiyaların imkanları və fədakar neftçilərin gərgin əməyi sayəsində hasil edilən karbohidrogenlər sualtı boru kəmərləri vasitəsilə məhz bura nəql olunur. 

Səngəçal terminalı “Əsrin müqaviləsi” çərçivəsində inşa olunmuş ilk mühüm infrastruktur obyektlərindəndir. İntensiv tikinti-quraşdırma işləri nəticəsində terminal “Çıraq” yatağında hasilatın başlanması ilə eyni vaxtda istismara hazır vəziyyətə gətirilib. 1997-ci il noyabr ayının 12-də ulu öndər Heydər Əliyevin iştirakı ilə Səngaçal terminalının təntənəli açılış mərasimi keçirilib. Bununla da, Azərbaycan neftinin Bakı–Novorossiysk ixrac boru kəməri ilə Şimal istiqamətinə ixracına başlanılıb.

Ötən illərdə Səngəçal terminalı bir çox əlamətdar hadisələrə şahidlik edib. Belə ki, 2002-ci il sentyabrın 18-də ulu öndər Heydər Əliyevin, eləcə də Türkiyə və Gürcüstanın dövlət başçılarının iştirakı ilə burada üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan BTC-nin təməli qoyulub. 2005-ci ilin mayın 25-də isə Azərbaycan Prezidenti İlham Əliyevin, həmçinin Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə terminaldan xam neftin BTC-yə vurulmasına başlanılıb. Xəzərin Azərbaycan sahilindən başlayaraq Avropanın dərinliklərinədək uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizinin də təməli 2014-cü il sentyabrın 20-də məhz Səngəçal terminalında qoyulub. 2018-ci il mayın 29-da isə terminal bu nəhəng layihənin rəsmi açılış mərasiminə ev sahibliyi edib. Hər iki tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Avropanın energetika sahəsinə rəhbərlik edən şəxslər iştirak ediblər.

Müasir sənaye şəhərciyini xatırladan Səngəçal terminalında xam neftin qəbulu üçün nəhəng çənlər, baş nasos stansiyası, separatorlar, emal qurğuları və idarəetmə məntəqəsi fəaliyyət göstərir. Eyni zamanda, bura fiber-optik rabitə kabelləri, sahildən 187 kilometr məsafədə yerləşən dəniz yataqlarından neft və qaz kəmərləri çəkilib. Ümumilikdə, dənizdəki qurğulardan terminala 8 müxtəlif boru kəməri daxil olur və buradan da eyni sayda xətt çıxır. Onlar müxtəlif marşrutlara istiqamətlənməklə Azərbaycanın yüksək keyfiyyətli xam neftini və qazını dünya bazarlarına nəql edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Avqust 2025 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri