Icma.az
close
up
RU
Şengen zonasına giriş çıxış qaydaları DƏYİŞİR

Şengen zonasına giriş çıxış qaydaları DƏYİŞİR

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqının Giriş/Çıxış Sistemi (EES) 10 apreldə Şengen bölgəsində tam qüvvəyə minəcək.

"Cebheinfo.az" xəbər verir ki, əslində, 2025-ci ilin oktyabr ayından etibarən tədricən tətbiq olunan sistem artıq Avropanın bir çox hava limanlarında uzun növbələrə və əhəmiyyətli gecikmələrə səbəb olub. Hətta bəzi sərnişinlərin bəzi uçuşları qaçırdığı bildirilir.

29 ölkənin ibarət Şengen bölgəsində tətbiq olunacaq EES ilə Avropa İttifaqı bölgəyə daxil olan və çıxan qeyri-Aİ vətəndaşlarının hərəkətlərini rəqəmsal şəkildə izləyəcək.Sistem sərnişinlərin bölgədə nə qədər qaldığını və qanuni müddətin keçib-keçmədiyini müəyyən etməyi asanlaşdıracaq.
Mövcud qaydalara əsasən, Şengen vizası ilə səyahət edənlər 180 günlük müddət ərzində bölgədə maksimum 90 gün qala bilərlər.

EES-ə əsasən, Aİ xaricindən gələn sərnişinlərdən barmaq izləri təqdim etmələri və pasport nəzarətində şəkillərinin çəkilməsi tələb olunacaq. Lakin bu prosedurlar yalnız giriş ölkəsinin sərhəd keçid məntəqəsində həyata keçirilir.

Qeydiyyat prosesi vaxt apardığı üçün hava limanlarında uzun gözləmə müddəti yaranır. Üstəlik, əvvəlcədən qeydiyyatdan keçsəniz belə, yenə də eyni növbədə gözləməli olursunuz.
Beynəlxalq Hava Limanları Şurasının (ACI) məlumatına görə, EES sisteminin aktiv olduğu yerlərdə sərhəd keçid müddəti 70 %-ə qədər artıb.

İsveçrənin Cenevrə şəhərində gözləmə müddəti 3 saata çatıb, Portuqaliyanın Lissabon şəhərində isə bu müddət bəzən 5 saatı keçib. Həmçinin bildirilib ki, Portuqaliya tıxac səbəbindən müraciəti müvəqqəti olaraq dayandırıb.

Aparıcı aviasiya təşkilatları ACI Europe, A4E və IATA Avropa Komissiyasına göndərdiyi məktubda gözləmə müddətlərinin, xüsusən də yay mövsümündə 4 saatdan çox ola biləcəyi barədə xəbərdarlıq edib. Təşkilatlar sistemin tam tətbiqini 2026-cı ilin oktyabr ayına qədər təxirə salmağı tövsiyə ediblər.

Mütəxəssislər qeyd edirlər ki, EES (Elektron Siqnal Sistemi) uçuş dəyişikliyində əhəmiyyətli risklər yaradır. Xüsusilə sıx hava limanlarında uçuşları dəyişdikdə ən azı bir neçə əlavə saat ayırmaq tövsiyə olunur.

EES-in tam tətbiqi ilə Avropa səyahətlərində yeni bir dövr başlayır və hava limanlarında, xüsusən də yay mövsümündə gözlənilən tıxacın turizm fəaliyyətinə birbaşa təsir edəcəyi gözlənilir.

Nigar
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Mart 2026 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri