Icma.az
close
up
RU
“Səni bir dəqiqənin içində yox edərlər, teatrı atanın evindən gətirmisən?” ETİRAZ

“Səni bir dəqiqənin içində yox edərlər, teatrı atanın evindən gətirmisən?” ETİRAZ

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Mən 4 il Akademik Milli Dram Teatrında çalışmışam. Oradakı Məlahət Abbasova ilə türk teatrında işləyən Məlahət Abbasova arasında böyük fərq var idi. Bizim teatrlarda olan rəhbərlər özlərini elə aparırlar ki, sanki dövlətin yox, atalarının teatrıdır. İstədikləri tamaşaları qururlar, istədikləri aktyorları işdən çıxarırlar, pis münasibət bəsləyirlər. Bu sözlərimi yalnız Akademik Milli Dram teatrı üçün söyləyirəm. Bizim Akademik Milli Dram Teatrı bu baxımdan çox şanssızdır. Hər gələn rəhbər öz hegemonluğunu göstərir. Allah rəhmət etsin, mən Həsən Turabovu görəndə qorxurdum. Halbuki o da məni, mən də onu çox istəyirdim. Öz-özümə fikirləşirdim ki, nəsə səhv olar, birdən məni teatrdan çıxararlar. Bunların heç birini mən türk teatrında yaşamadım. Türk teatrında hegemonluğu quran, əsas sözü deyən aktyorlardır”.

Bunu Moderator.az-a açıqlamasında Əməkdar İncəsənət xadimi, Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova deyib.

O daha sonra əlavə edib.

“Mən 6 il dünyanın ən böyük teatrı hesab olunan İstanbul Şəhər teatrlarında direktor müavini oldum. Bu 6 ildə mənim qapım bir dəfə də olsun bağlanmadı. Çünki mən ordan gələn aktyoru qapıda gözlədə bilmərəm. Türk teatrının özülü belə qoyulub. Adama deyərlər ki, sən kimsən? Teatrı çiyinlərində daşıyan aktyordur, rejissor deyil. Ona görə də sən bir rəhbər olaraq o qapını onların üzünə bağlaya bilməzsən. Türk teatrlarında deyə bilməzsən ki, “qapıda gözlə, telefonsuz gəl”. Adama deyərlər ki, sən dövlət xadimisən? Niyə görə bir aktyor telefonunu çöldə qoyub, direktorun yanına telefonsuz girməlidir? Teatr rəhbəri necə bir aktyora, aktrisaya hirslənə, söyüş söyə bilər? Sən bunu türk teatrında edə bilməzsən. Səni bir dəqiqənin içində yox edərlər. Mən direktor müavini idim, 1500-dən çox kollektivə rəhbərlik edirdim. Bu sistemi Azərbaycan teatrlarında dəyişdirərdim. Bədii rəhbərlər tamaşa səhnələşdirməməlidir. Bəli, sənət insanıdırlar, amma iki ildə bir dəfə tamaşa qoysun. Bu tamaşa bitir o birisinə başlayırlar, bu biri bitir, digərinə başlayırlar. Elə bil yanıqlıdırlar. Yadımdadır, bizim teatrımıza bir aktyorumuz bədii rəhbər gəldi, ardınca tamaşa qoydu və ona qadağan etdilər. Bədii rəhbər gedib bədii yaradıcılıq işləri ilə məşğul olsun. O niyə tamaş səhnələşdirməlidir? Səni teatra tamaşa səhnələşdirməyə gətiriblərsə, bədii rəhbərlikdən çıx rejissor işlə. Qruplaşmaları, intirqaları yaradan rəhbərlikdir. Azərbaycan teatrlarında rəhbər olsaydım birincisi bu intiriqaları yox edərdim, bütün aktyorları rollarla təmin edərdim. İntriqanın qoxusu olan teatrda heç bir zaman peşəkar səhnə əsərindən söz gedə bilməz. Bir rəhbər ki, ancaq tamaşa səhnələşdirir və həmin tamaşalar da uğursuzluğa düçar olur, ona niyə imkan verilməlidir ki, ikinci tamaşanı hazırlasın? Teatrda hegemonluq edəcək olan insanlar aktyor və aktrisalardır. Türk teatrı buna görə dünya səviyyəsinə qalxıb. Bu gün İstanbul Şəhər teatrları dünyanın hər yerində tanınan sənət ocağıdır”, - deyə aktrisa bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Oktyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see509

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see230

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see224

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see209

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see208

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see200

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see195

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see185

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see181

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see180

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see177

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see157

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see156

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see153

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see151

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see146

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see141

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see139

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri