Icma.az
close
up
RU
Səni ölüm yox, həyat öldürdü... Yazarlar Əlisəmid Kürdən yazdılar

Səni ölüm yox, həyat öldürdü... Yazarlar Əlisəmid Kürdən yazdılar

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Xəbər verdiyimiz kimi, bu gün tanınmış şair Əlisəmid Kür (Cəfərli) vəfat edib.

Bakupost.az xəbər verir ki, bir çox tanınmış yazıçı və şairlər sosial şəbəkədə bu üzüntü ilə bağlı fikirlərini, eləcə də Əlisəmid Kürlə bağlı xatirələrini bölüşüblər.

Həmin paylaşımları təqdim edirik:

Səfər Alışarlı:

“Şair dostumuz Əlisəmid Kür bizi tərk etdi. Gözümüzün qabağında böyük bir nəsil haqqını almadan qırılıb gedir. Doğrudur, mən bunu istiqlalçılarla bağlı yazmışdım, ancaq Əlisəmidi milli istiqlaldan kim ayıra bilər ki?! Onun hər bir şeiri mənəvi intibahın poetik nəfəsi, hissi və həyəcanı ilə süslənib.

İndi şair haqda xatirə yazmaq bir az çətindir. Sosial mediada o qədər ləyaqətsizə o qədər boğazdanyuxarı təriflər yağdırırlar ki, adam layiqlilər haqda o sözləri deməyə qorxur.

Əlisəmid heç nədən qorxan adam deyildi, nəyi vardısa, ədəbiyyata qurban vermişdi. Bir quru canı vardı, onu da sonda yazılmamış misra kimi bizə bağışladı. Şeri necə yazmışdısa, çörəyi necə qazanmışdısa, arağı necə içmişdisə, o cür də mərdi-mərdanə, qorxusuz-hürküsüz, sanki zarafatla öldü ki, sabah bizimlə qarşılaşanda təəccüblənməyək”.

Şərif Ağayar:

"Keçən il 70 yaşına yazdığım bu təbriki çox bəyənmişdi, hər görüşəndə şirin-şirin gülərək yada salırdı.

Məkanı cənnət olsun!

***

Qaim-qədim dostum Əlisəmid Kürü - gerçək əzabların gerçək şairini 70 yaşı münasibəti ilə təbrik edirəm.

Həm də inana bilmirəm bu yaşa...

70 nə idi?

Bu qədər keçdimi yəni?

Axı dünən, axşamçağı "Baksovet"dən Nizami heykəlinə yenən yerdə gördüm, saçlarına yenicə dən düşmüşdü...

Yolun qırağında bir kişi xoruz satırdı.

Baxdı güldü.

Dedi, alasan bu xoruzu, buraxasan şəhərə, özün də dalınca hərlənəsən gör hara gedəcək...

Amma almadıq xoruzu...

Buraxmadıq şəhərə...

Dalınca da düşmədik...

"Şirzadın altı"na meyvə arağı içməyə getdik.

...Azərbaycanda Əlisəmid ürəyi ilə 70 il yaşamaq qəhrəmanlıqdır.

Maşallah olsun!”.

İlham Əzizov:

“Bundan sonra Allahın qonağısan!

Canım-gözüm, Əlisəmid, unudulmaz şair, yerin behişt olsun!”.

Rəbiyyə Zərdabi:

“Gəncliyimizin Şairi Əlisəmid Kür dünyasını dəyişdi.

Tələbəlik illərində Əlisəmidin dərsə gəlməyini gözləyirdik ki yeni şerlərini bizə versin...Bizlə dost idi...Həm də qardaşı Ziyafət tələbə yoldaşımiz idi.

Cox isdedadlı idi... cox.”

Özü özünü məhv etdi??

Allah rəhmət etsin”.

Kəramət Böyükçöl:

“Əlisəmid Kürün qan-tər içində yaşadığı ömür başa çatdı. Həmişə haqqında nəsə yazanda və ya xoşuna gələn bir yazım olanda yolun o üzündən də olsa, əl eləyirdi ki, oxudum. Görəsən, indi bu yazdığımı da oxuya bilirsənmi? Səni ölüm yox, həyat öldürdü, Əlisəmid.

Ruhun şad olsun”.

Rəbiqə Nazimqızı:

“Mənə nə zamansa həyətindən yasəmən gətirmişdin. Dibçəyə əkmişdim, tutmamışdı, qurumuşdu. Onu sənə demədim, şair. Mistikaya inandığını bilirdim. Sən o yasəməni şeirə gətirmişdin, əsas odu, orada yerindədi...

Sən Mərkəzdə mənim ən yaxınımdın bəlkə də. Əvvəl ayrı-ayrı otaqlarda otururduq. Gəlib qapıdan boylanırdın, başqa adam varsa, çıxıb gedirdin, bilirdim ki, şeir oxumaq istəyirsən...

İndi sənin pıcıltıların sərhəd tanımadan gəzəcək dünyanı. Rahat yat, rahat yaz, şairim... Yəqin ki, sənin barəndə hələ cox yazacağam...”.

Xanım İsmayilqizi:

“Çox acı, ağrılı xəbər oldu. Allahdan ümidimizi kəsməmişdik, Əlisəmid Kür.

Yerin behişt, məkanın cənnət, ruhun rahat olsun, əziz Adam, əvəzsiz Şair, Sözünü bizə, Özünü Allaha tapşıran Əlisəmidimiz”.

Tural Turan:

“Ötən il bu foto çəkilərkən bilirsiniz, nə demişdi?

- Allahdan üç il ömür istəmişəm, oğlum Qorqudun toyunu görüm, sonrası nə ola, ola...

Allah Qorqudun toyunu nəsib etdi, amma istədiyi ömürdən ilyarımını kəsdi...

Ruhu şad olsun!”.

Lalə, Bakupost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 Oktyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri