Icma.az
close
up
RU
Sənin “Qarabağ”ı tək qoymaq haqqın yoxdu! YAZI

Sənin “Qarabağ”ı tək qoymaq haqqın yoxdu! YAZI

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Təəssüf, təəssüf, təəssüf... “Qarabağ”ın bu gün Avropa Liqasının 7-ci turunda FKSB-ni qəbul edəcəyi matç üçün satılan biletlərin sayını eşidərkən keçirdiyim hissi başqa sözlə ifadə edə bilmirəm...

Cəmi 15 min bilet...
Azərbaycan çempionu “Lion”a uduzanda qələmə aldığım “Qarabağ həm meydanda “qan itirir”, həm də tribunada” sərlövhəli yazıda qeyd etmişdim ki, avrokuboklardakı rəqiblərlə ayaqlaşa bilmək üçün həm də azarkeş sayının çoxluğu önəmlidi. “Qarabağ”ı geridə qalan 6 matçdan cəmi birində qələbə qazandığı üçün cəzalandırmaq fikrinə düşməyin! Bəli, yuxarıda bəhs etdiyim yazıda vaxtilə “elin gözü tərəzidi” deməklə ağdamlıların indiyə qədər buraxdığı səhvləri və uğursuzluqlarını doğru dəyərləndirdiyinizə əminliyimi ifadə etmişdim. Haqlısız. “Qarabağ”ın artıq Juninyosu yoxdu, “Qarabağ” avrokuboklarda qələbələri sıralamır, “Qarabağ”ın xeyli futbolçusu ötənilki performansından uzaqdı.
Ümumiyyətlə, “Qarabağ” avrokubokların yeni formatına uyğunlaşmaqda ciddi çətinliklə üzləşdi. Bəlkə də problemlər bununla bitmir. Yaddaşımızı işə salsaq, daha bir neçə çatışmazlıqdan bəhs etmək olar. Amma...
Əziz azarkeşlər, sizin “Qarabağ”a vəfa borcunuz var! Komanda sabah məğlub olsa, Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq şansını itirəcək. Ona görə ki, 24-cü pillədə qərarlaşan “Elfsborq”un 7, bizimkilərin isə cəmi 3 xalı var... “Köhlən atlar” sabah “ölüm-qalım” savaşına çıxacaq. Axı illərdi ki, Avropa meydanlarında sinəmizi qürur hissiylə qabardan “köhlən atlar” yarıboş tribunalar önündə meydana çıxmağa layiq deyil! Bu gün tərəzinin bir gözündə “Qarabağ”, digərində özündənrazı FKSB var. Bir gözündə pley-off şansı, digərində isə mübarizəni dayandırmaq var. Qurban Qurbanovu və komandasını tribunalardan dəstəkləyib-dəstəkləməyəcəyiniz haqda bir daha düşünün. Seçiminiz “Qarabağ” olsa, biletlər sizi gözləyir! Bugünə qədər qazanılan tarixi uğurların eşqinə... Ardıcıl 11 dəfə avrokuboklarda qrupa düşməyin eşqinə...
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Yanvar 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri