Icma.az
close
up
RU
Menu

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

“İlin modeli” seçildi Fotolar

General mayor rütbəsi alan hərbçilər kimdir?

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Səninlə son görüşüm, son vidam bu oldu

Səninlə son görüşüm, son vidam bu oldu

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu dəfə də gəldik ki, səni təbrik edək və yenə də əlimiz boş. Nə tortumuz var, nə də hədiyyəmiz. Amma deməyə ürək dolusu sözüm var canım ŞƏHİDİM!

Hər il ad günündə ləvazimatları özün alardın ki, anam tort bişirsin. “İşdəkilər sənin tortunu çox bəyənir” deyərdin. Anam da bir həvəslə bişirərdi ki, gəl görəsən. Arada məni də danlayardı ki, üstünü səliqəli bəzə, yazını gözəl yaz. Axı, əziz balasının ad günü idi, bütün dünya bir yana, sən bir yana idin canım mənim. Evdəki bütün yeməkləri sənə görə bişirirdi. Sən nə xoşlasan, biz də məcbur onu yeməliydik. Aramızda doqquz yaş fərq varıydı. Bir böyüyüm kimi baxırdım sənə. Sən də məni məhz elə qoruyurdun.

Səhəri gün yenə də tort ləvazimatları alıb gətirərdin. “Bunu da ev üçün edin yeyək, sizsiz necə yedim heç bilmədim” deyərdin. Çünki mənim nə qədər şirniyyat aşiqi olduğumu bilirdin. Elə sevinirdim ki... O vaxt təxminən 7-ci sinifdə oxuyardım. Bir axşam anama dedim ki, “hamı o qara sumkanı gətirir məktəbə, mən də istəyirəm ondan”. Anam da “qızım bahalıdı axı, indi imkan yoxdu onu almağa, bir az gözlə” dedi (çantanı alverçilər satırdılar, qara “tiqr” o vaxtın dəbi idi, 25 rus rublu). Dinməzcə oturdum. Qardaşımın bu söhbətə şahid olduğunun fərqinə varmadıq. Günlərin bir günü məktəbdən məni götürəndə gülərək “sənə sürprizim var, bacı”- dedin. Sevincdən gözlərim parıldadı. Nə qədər soruşsam da, nə olduğunu demədin. Yol boyu üzün-gözün gülürdü. Məndən də çox sən sevinirdin. Çünki bacının istəyini yerinə yetirmişdin. Qara çantanı almışdın, həm də ilk maaşınla. Az qalırdım evə qaçıb tez tez çatım ki, sürprizi görüm. Qəzetə bükülü hədiyyəni necə açdım, heç özüm də bilmədim. Bu sətirləri yaza-yaza eyni sevinci yaşayıram. Canım anam da dilxor idi ki, o qədər pulu niyə vermisən? Qardaşlığını mənə çox yüksək səviyyədə edirdin.

Yenə günlərin birində Türkiyəyə təhsilimi davam etdirmək üçün yola düşməli idim (1992-ci il. 15 yaşım var idi). Saçlarım da çox uzun idi. Anama dedim ki, “saçımı necə qurudacağam? Bəlkə kəsdirdim saçımı. Yataqxanada şərait necə olacaq bilmirəm? (o dövrdə Azərbaycandan Türkiyəyə təhsil almağa gedən ilk tələbələr idik. Hara düşəcəyimizi, bizi nələrin gözləyəcəyini bilmirdik. Bildiyimiz o idi ki, qəbul olmuşduq və təhsil almağa gedirdik). Elə sözümü bitirmişdim ki, sən həmən yerindən sıçrayaraq çölə çıxdın. Anam: “Elçin, gecə saat 1-dir, hara belə?” – dedi. “Yarım saata gələcəyəm, narahat olmayın” - deyərək gözdən itdin. Düz yarım saat sonra əlində fen dəsti içəri girdin. “Bacı, mən ölməmişəm ki, fikir edəsən. Sənə demişəm axı, nəyə ehtiyacın olsa mənə de”. Sevincimdən gözlərim doldu və sənə sarıldım. Atam “ay bala, bu saatda feni hardan tapdın?” deyərək soruşdu. “Ata, müştərimin komisyon maqazini var, evinə gedib oyatdım və maqazini açdırdım” dedin (Azad Bankda müdir müavini işləyirdi). Hansı birini deyim, yazım ki, ürəyim soyusun. Kaş ki, bu qədər yaxşı olmasaydın. Kaş ki, heç olmasa xətrimizə dəyərdin ki, bu qədər yanmazdıq. Kaş ki...

Bütün bu yazdıqlarım bir yana. Ən çox da bir məqam məni yandırır. Sən Şəhidlik zirvəsinə ucalanda mən Azərbaycanda yox idim, qeyd etdiyim kimi, təhsil almağa getmişdim. Düzdür atam məktubda yazmışdı ki, Elçin təhsilini, işini və bizi atıb bir göz qırpımında Qarabağa könüllü olaraq döyüşməyə gedib. O vaxt nə görüntülü telefon var idi, nə də internet. Çox çətin və acınacaqlı bir vəziyyət idi. Ailədən ayda bir dəfə zəng gəlirdi. İki kəlmə söz deyən kimi telefon kəsilirdi. Bir gün yenə yataqxanada anons verdilər ki, Bakıdan zəng var, adımı çağırdılar. Pilləkənləri elə uça-uça düşdüm ki, vaxt az getsin, təki danışa bilim. Dəstəyi götürdüm və QARDAŞIM. İlk olaraq inanmadım. Gah ağlayıram, gah qışqırıram. Dedim qayıtmısan evə? Dedi “bacı gəldim ki, imtahan və “zaçotlarımı” tez verim. Yenə qayıdacağam”. “Qurban olum getmə, axı, sən könüllüsən universiteti bu il bitirirsən” deyərək ağladım. Nə qədər yalvardım, olmadı. “Bacı, sən də anam kimi başlama, imkan ver sözümü deyim, nə qədər ki, telefon kəsilməyib. Sən uşaq deyilsən, (17 yaşım var idi) ola bilsin daha qayıtmadım. Gəlmişkən hamıyla görüşdüm. Qonum-qonşu, qohum-əqrəba. Hamıyla halallaşdım. Dedim sənin də səsini eşidim. Bacı, mənə nəsə olsa, özünə də, anamıza da yaxşı bax. Mən qayıtmalıyam. Əsgər yoldaşlarıma söz vermişəm. Orada nələr olur bir biləsiniz. Bacı, fikrini topla. Sən orada universitetə girməlisən, eşidirsən məni? (Qazi Anadolu Liseyində təhsil alırdım). “Ay qardaş... Elçin...” bu sözlər ağzımda qaldı və telefon kəsildi. Mənim səninlə son görüşüm, son vidam bax bu oldu. Hələ də səsin qulaqlarımdadır. Sonradan dostları bizə dedi ki, “Elçin bilirdi şəhid olacağını. Dedi bu, mənim son gəlişimdir”.

Axı, mənim də haqqım var idi ki, səni son mənzilə yola salım. Mənim də haqqım idi ki, sənə ürək sözlərimi deyim. O haqqı ailəm mənə təhsilim yarımçıq qalmasın deyə yaşatmadı. Nə az, nə çox, düz altı ay sonra tətil üçün Vətənə qayıdanda evdəkiləri hava limanında görəndə sümüyüm sancdı. Anam qara libasda, saçında bir dənə də qara tük yoxuydu. Atamın da beli bükülmüşdü. “Nə xəbər var Elçindən?” deyərək hamının gözünün içinə baxmağa çalışırdım. Ortancıl qardaşımın ayaqüstə durmağa taqəti yoxuydu. Bütün ailə bir bitiş nöqtəsi yaşayırdı. Hamı məndən gözünü qaçırdırdı. Sanki mənimlə üzləşmək istəmirdilər. Məni xəbərsiz qoyduqlarına görə vicdan əzabı çəkirdilər. Min bir bəhanə ilə məndən uzaq dururdular. Bir il ailədən xəbər ala bilmirsən, telefonla yalnız 2-3 dəqiqə danışırsan, o da hər dəfə bir nəfərin səsini eşidirsən. Həsrətlə gözləyirsən ki, bir il sonra hamıya qovuşacaqsan və gəlirsən ki, ailənin bir üzvü yoxdur və ailə büsbütün sarsılıb. Düzdür, o vaxt onları çox qınadım. İndi isə niyə o qərara gəldiklərini çox gözəl anlayıram. Fəqət yaşadıqlarımı heç vaxt unutmayacağam.

Dözmədim, yenə də atamdan yapışdım. Udqunaraq “qızım, Elçindən xəbər ala bilmirik neçə aydır, qızğın müharibə gedir və maşına min” dedi. Yol boyu heç kim heç nə danışmadı. Mən də gizlicə ağlayaraq susub oturmuşdum. Hiss edirdim ki, nəsə olub. Amma nə? Şəhidlikdən başqa hər şeyi ağlıma gətirirdim. Ya əsir düşüb, ya komadadır. Bir tək ölümü yaxına buraxmırdım.

Evə gəldim, yenə heç nə demədilər, gizlətdilər və üç gün sonra özüm öyrəndim... İpucu axtarırdım, evləri təmizləmək qərarına gəldim, sənin qırmızı lentə bürünmüş, çərçivədə nur üzlü şəklini tapdım. Səsimə anam və qonşular gəldi... Əvvəllər hava limanında sən məni yola salırdın, indi isə məni Şəhidlər Xiyabanında qarşılayırsan.

“Anamızı qoru demişdin”, igidim. Söz verdim, amma qoruya bilmədim. Bax mən də sənin kimi sözümü tuta bilmədim. Necə qoruyum?! Bükülmüş belini necə dikəldim? Ağrıyan-sızlayan canını necə sağaldım? Yeriməkdə çətinlik çəkən ayaqlarına necə şəfa verim? Ağrıyan dərdli ürəyinə necə təskinlik verim? Onun ürəyi də, canı da, hər şeyi də sən idin. Hələ də sənin boşqabını masaya qoyur. Bağışla, heç nə edə bilmədim, canım mənim. İlk sürprizi sən etdin, sonra da atam. Biz artıq heç nə edə bilmirik. Anamız yalnız nəvələriylə təskinlik tapır. Oğul nəvəsi sənin adını daşıyır. Qız nəvəsi də sənin simanı və xasiyyətini...

Bu ad günündə də xatirələrə qərq olduq. Əslində, yazılası və deyiləsi sözüm çoxdur. Son olaraq səni təbrik edirəm. Yaşın nə qədər artsa da, sən hər zaman yadımda 25 yaşlı yaraşıqlı, mərd, cəsur, ailəcanlı, dostcanlı, xeyirxah, Vətənini, torpağını, bayrağını və millətini sevən biri kimi qalacaqsan. Cənab, Leytenant! ELÇİN, el üçün gəldin, el üçün də getdin. Vətən sağ olsun! Artıq ruhun şaddır!

Sənin şıltaq, tez inciyən və suallarıyla səni bezdirən BACIN

Nərgiz Qurbanlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://news24.az
archiveBu xəbər 06 Avqust 2025 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see182

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see181

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see150

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see150

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see132

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see129

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see126

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see125

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see123

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see122

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see121

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see120

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see120

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see117

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see117

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri