Şenol Güneşdən “Beşiktaş” açıqlaması “Sevgini itirmək istəmirəm”
Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Beşiktaş”ın baş məşqçi axtarışlarında adı hallanan Şenol Güneş gələcəyi ilə bağlı danışıb.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə “Sabah”a açıqlama verib.
Güneş adının “Beşiktaş” azarkeşləri və camiə daxilində çəkilməsinin başadüşülən olduğunu bildirib. Lakin hazırda şəxsi gözləntisinin olmadığını vurğulayıb:
“Bəli, mənim adım azarkeşlər və klubdakı bəzi rəsmilər arasında hallanır. Amma heç bir gözləntim yoxdur. Çünki nüfuzumun zədələnməsinə icazə verə bilmərəm”.
Təcrübəli çalışdırıcı “Beşiktaş” rəhbərliyinin lazımi addımları atacağına inandığını deyib:
“Beşiktaş”ın məsul şəxsləri lazım olanı edəcək. Baş məşqçi də tapacaqlar. Sevilən və istənilən biri olmaq mənə səhv etmək haqqı vermir. Mən bu sevgini itirmək istəmirəm”.
Şenol Güneş özü üçün sevgi və hörmətin vəzifədən daha önəmli olduğunu da bildirib:
“Həmişə demişəm ki, sevmək və sevilmək vəzifə almaqdan daha önəmlidir. Eyni fikirdəyəm. Əgər çalışacağım yerdə sevgi və hörmət itəcəksə, heç bir yerdə vəzifə almaq istəmərəm. Sevməyi də, sevilməyi də bilirəm”.
Güneş hazırda ortada konkret bir proses olmadığını əlavə edib:
“Olmayan bir işi danışmaq da doğru deyil. Sənədli film işim var, onunla məşğulam”.
Qeyd edək ki, mövsümün sonunda Sergen Yalçınla yollarını ayıran “Beşiktaş” hələ də yeni baş məşqçi axtarışlarını davam etdirir.
"Bornmut"un baş məşqçisi bəlli oldu Rikelme Haaland iddiasından geri çəkilmir – “Prezident olsam, “Real”da oynayacaq” Sobozlai ən yaxşı adına layiq görüldü: İLK DƏFƏ Sadettin Saran 2 il 6 ay həbs cəzasına məhkum edilib "Arsenal"ın yeni transfer hədəfi: BARKOLA ÜÇÜN 80 MİLYON AVRO
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 04 İyun 2026 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















