Sent Lüsiya millisinin baş məşqçisi: “Bu nəticəni gözləmirdim”
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sent Lüsiyanın futbol millisi Azərbaycan yığması ilə matçda böyükhesablı məğlubiyyət gözləmirmiş.
İdman.Biz-in məlumatına görə, bu barədə komandanın baş məşqçisi Stern Con mətbuat konfransında bildirib.
Mütəxəssis “FIFA Series – 2026” beynəlxalq turnirində Azərbaycan yığmasına uduzduqları (1:6) oyundan sonra fikirlərini bölüşüb.
“Belə nəticə gözləmirdim. Rəqibin bizə təzyiq göstərəcəyini bilirdik. Sadə səhvlər etdik. Belə olanda isə mütləq cəzalandırılırsan.
Bilirdik ki, rəqib fiziki və taktiki cəhətdən bizi üstələyəcək. Azərbaycan millisi çox yaxşı təşkilatlanmış komandadır. Bu barədə futbolçularıma məlumat vermişdim. Demişdim ki, onlar Avropa təmsilçisidir və güclü rəqiblərə qarşı oyunlar keçiriblər.
Buraya gəlmək üçün uzun yol qət etmişik. Oyunçular üçün təcrübə oldu. Avropa komandasına qarşı oynadılar. Amma bir oyun keçirmək bizi məyus edir”, - Con deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 27 Mart 2026 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















