SEPAH ABŞ bazalarına ilk dəfə “Zülfüqar“ raketi ilə zərbələr endirildiyini bildirib
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) regiondakı ABŞ bazalarına zərbələr endirmək üçün ilk dəfə bərk yanacaqlı "Zülfüqar" ballistik raketlərindən istifadə olunduğunu bəyan edib.
Moderator.az xəbər verir ki, SEPAH-ın müvafiq bəyanatını "Mehr" agentliyi yayıb.
"Gerçək vəd - 4" əməliyyatı çərçivəsində həyata keçirilən 76-cı və 77-ci hücum dalğaları zamanı SEPAH regiondakı Amerika maraqlarına və bazalarına zərbələr endirmək üçün ilk dəfə bərk yanacaqlı "Zülfüqar" raketlərindən istifadə edib", - məlumatda bildirilib.
Məlumata görə, raketlər ABŞ-nin "Əl-Dafra" (BƏƏ), "Viktoriya" (İraq), ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahı (Bəhreyn), "Ali əs-Salem" (Küveyt) və "Əl-Xarc" (Səudiyyə Ərəbistanı) bazalarını "uğurla vurub".
"Zülfüqar" - hədəfləri 300-700 km məsafədə vurmağa qadir olan, İranın istehsal etdiyi bərk yanacaqlı yaxınmənzilli ballistik raketdir. Açıq mənbələrdəki məlumata görə, bəzi modellər hədəfə son yaxınlaşma zamanı operatorlara raketləri idarə etməyə imkan verən optik nişanalma sistemləri ilə təchiz edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 23 Mart 2026 23:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















