SEPAH ABŞ raketini ən yeni hava hücumundan müdafiə sistemi ilə vurub? İDDİA
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu gün səhər saatlarında ABŞ tərəfindən buraxılan qanadlı raketin vurulduğunu bəyan edib.
Bizim.Media xəbər verir ki, SEPAH-ın açıqlamasına görə, raket ölkənin qərbində yerləşən Xürrəmalad şəhəri yaxınlığında "ən yeni və qabaqcıl" hava hücumundan müdafiə (HHM) sistemi vasitəsilə məhv edilib.
Bununla yanaşı, İranın yerli mətbuatında hadisə ilə bağlı fərqli məqamlar da yer alıb. Mediada yayılan xəbərlərdə bugünkü "ABŞ-İsrail hücumu" nəticəsində SEPAH-ın Hərbi Dəniz Qüvvələrinə məxsus bir HHM zabitinin həlak olduğu bildirilir.
Rəsmi qurumlar hələlik raketin mənşəyi və zabitin ölümü arasındakı əlaqə barədə ətraflı məlumat verməyib. Hadisə regionda gərginliyin yüksək olduğu bir dövrdə baş verdiyi üçün diqqət mərkəzindədir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 12 İyul 2026 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















