SEPAH dan daha bir müharibə cinayəti Məhbuslardan sipər kimi istifadə edilir VİDEO
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ və Avropa İttifaqının terror təşkilatları siyahısına daxil etdiyi İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə bağlı sosial şəbəkələrdə yayılan video ciddi rezonans doğurub.
Bakupost.az xəbər verir ki, görüntülərdə gözləri bağlanmış, əlləri qandallı və bir-birinə zəncirlənmiş şəxslərin bir neçə avtobusdan endirilərək naməlum binaya aparıldığı əks olunur. Videonu paylaşan şəxs iddia edir ki, bunlar son iğtişaşlar zamanı saxlanılan siyasi məhbuslardır və onlar SEPAH-a məxsus hərbi bazaya aparılır. İddiaya görə, məqsəd yəni hərbi obyektlərin mülki şəxslərin arxasında gizlənməklə mümkün ABŞ və ya İsrail hava zərbələrinin qarşısını almaqdır.
Bu, son dərəcə ağır ittihamdır. Çünki beynəlxalq humanitar hüquqa əsasən mülki şəxslərdən və ya saxlanılanlardan hərbi hədəflərin qorunması məqsədilə istifadə olunması “insan sipəri” praktikası sayılır və müharibə cinayəti kimi qiymətləndirilir.
Qeyd edək ki, Avropa İttifaqı fevral ayında SEPAH-ı rəsmi şəkildə terror təşkilatları siyahısına daxil edib. ABŞ isə bu qurumu daha əvvəl terror təşkilatı elan etmişdi. Bu qərarlar SEPAH-a qarşı beynəlxalq təzyiqin artdığını göstərir.
Rəsmi Tehran və SEPAH tərəfindən bu iddialarla bağlı açıqlama verilməyib. Əgər iddialar təsdiqlənərsə, bu, beynəlxalq hüquq müstəvisində geniş müzakirələrə və əlavə sanksiyalara səbəb ola bilər.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Zaxarova: Kaliforniyada yanğınlarla mübarizədə məhbuslardan istifadə ikiüzlülükdür
12 Yanvar 2025 03:06
“Partiya sədrləri siyasi məhbuslardan alət kimi istifadə edir” Natiq Cəfərli ilə müsahibə
07 Noyabr 2025 12:04
Məhbuslardan pul yığan qanuni oğru İFŞA OLUNDU: dəhşətli faktların ÜSTÜ AÇILDI
21 Noyabr 2024 16:32
Rusiydan növbəti müharibə cinayəti VİDEO
09 Sentyabr 2025 17:27
Baxış sayı:163
Bu xəbər 02 Mart 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















