SEPAH: Fars körfəzində ABŞ nin hərbi gəmisi qalmayıb
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fars körfəzində ABŞ-nin hərbi gəmiləri yoxdur və su nəqliyyat vasitələri Hörmüz boğazından 500 kilometr aralıdadır.
Moderator.az xəbər verir ki, bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohəbbi "Tasnim"ə müsahibə zamanı deyib.
"Müharibədən əvvəl Fars körfəzində 30-40 Amerika hərbi gəmisinin olduğuna şahid idik, amma bu gün vəziyyət tamamilə dəyişib", o bildirib və əlavə edib ki, Fars körfəzində Amerika gəmisi qalmayıb.
Onun sözlərinə görə, hətta Bəhreyndə yerləşən, marşrutu Fars körfəzindən keçən Amerikanın Beşinci Donanmasında da bir gəmi və ya kiçik su nəqliyyatı vasitəsi yoxdur:
"Amerika gəmiləri hazırda Hörmüz boğazının girişindən və Fars körfəzindən ən azı 500 kilometr uzaqlaşıblar".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 29 Sentyabr 2026 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















