SEPAH Hörmüz boğazından keçən gəmilərə XƏBƏRDARLIQ ETDİ
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bütün gəmiləri Hörmüz boğazından yalnız Tehranın müəyyən etdiyi dəhlizlə keçməyə çağırıb.
"Yeni Sabah" xəbər verir ki, hərbçilərin bu xəbərdarlığı İranın dövlət televiziyası vasitəsilə yayımlanıb.
"Bildiririk ki, İran tərəfindən təklif edilən dəhliz Hörmüz boğazından keçmək üçün yeganə təhlükəsiz yoldur. Gəmilərin fərqli marşrutlara yönləndirilməsi təhlükəlidir və SEPAH-ın Hərbi Dəniz Qüvvələri bu addımı atan hər kəsə qarşı sərt tədbirlər görəcək", - deyə bəyanatda qeyd olunub.
Xatırladaq ki, mayın 3-də ABŞ Prezidenti Donald Tramp hərbi münaqişə səbəbindən akvatoriyada qapalı qalan gəmilərin Hörmüz boğazından çıxarılması məqsədilə "Project Freedom" (Azadlıq Layihəsi) əməliyyatını elan etmişdi. Amerika lideri həmçinin xəbərdarlıq edib ki, əgər bu humanitar prosesə hər hansı müdaxilə olarsa, güc tətbiqi ilə cavab veriləcək./Oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 05 May 2026 22:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















