SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının şərqində qaydaları (Tehranın elan etdiyi qaydalar-red.) pozan bir neft tankerini hücuma məruz qoyub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ISNA SEPAH HDQ-yə istinadən məlumat yayıb.
"Bu gün günorta saatlarında izləmə sistemlərini söndürərək qadağan olunmuş zonadan keçməyə cəhd edən neft tankerində yanğın baş verib", - SEPAH-dan bildirilib.
Qeyd olunub ki, neft tankeri HDQ-nin müşahidə qrupları tərəfindən aşkar edilib.
Xatırladaq ki, İran tərəfi neft tankerlərinin Hörmüz boğazında minaya düşdüyünü, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) isə gəmilərin naməlum mərmi ilə vurulduğunu iddia edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 13 Oktyabr 2026 23:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















