SEPAH ın baş komandanından təhdid: İrana hücum olsa, məhv edəcəyik
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“İrana qarşı mümkün təcavüzdə iştirak edən istənilən tərəf ağır bədəl ödəyəcək və buna görə peşman olacaq”.
Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Hüseyn Salami deyib.
SEPAH rəhbəri İranın istənilən mümkün ssenariyə qarşı tam hazır olduğunu vurğulayıb və əlavə edib ki, toqquşma baş verərsə, İsrail ağır nəticələrlə üzləşəcək.
Salami İranın ötən ilin aprel-oktyabr aylarında İsrailə qarşı keçirdiyi iki əməliyyatına toxunaraq, hücumların təkrarlanacağı təqdirdə cavabın daha şiddətli və genişmiqyaslı olacağını qeyd edib.
SEPAH-ın baş komandanı əlavə edib ki, İsrail İranın hərbi imkanlarını yaxşı bilir və istənilən toqquşma bu dövlətin məhvinə səbəb ola bilər:
“Bu cür hərbi avantüralara girən hər bir ölkə, onların nəticələrinə görə tam məsuliyyət daşıyacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 05 İyun 2025 19:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















