“Sepah” Luristanda İsrailin “maraqlarını güdən” 16 nəfəri saxladığını açıqlayıb
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın Luristan ostanında İsrailin “maraqları naminə fəaliyyət göstərmiş” 16 nəfər saxlanılıb.
“Report” “Təsnim”ə istinadən xəbər verir ki, bu barədə vilayətdəki İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) İctimaiyyətlə əlaqələr şöbəsinin məlumat yayıb.
Bildirilib ki, Təl-Əvivin “maraqları naminə fəaliyyət göstərmiş” 16 nəfər “milli birliyi pozmaq və əhali arasında təşviş yaratmaq” məqsədilə sosial şəbəkələrdə dezinformasiya və təxribat xarakterli məzmun yayırdılar. Əməliyyat “Sepah”ın Həzrət Əbülfəzl adına kəşfiyyat bölməsinin əməkdaşları tərəfindən həyata keçirilib.
“Kiberməkanda və ya realda düşmənlərin şər məqsədlərini güdərək ümidsizliyə yol açan, milli birlik və həmrəyliyi zəiflədən, yalan xəbərlər, şayiələr yayan, düşmən mediaya görüntülər göndərən istənilən fəaliyyət gecə-gündüz nəzarətdə saxlanılacaq, qanunu pozanlara qarşı ciddi tədbirlər görülərək məhkəmə orqanlarına təhvil veriləcək”, – deyə iranlılara xəbərdarlıq edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 20 İyun 2025 06:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















